» » Bir uşaq anasını hərracda satmaq istədilər - FOTO

Bir uşaq anasını hərracda satmaq istədilər - FOTO

İngiltərənin Surrey qraflığındakı Koulsden şəhərinin sakini, 20 yaşlı model Xloya Aylin köləlikdən azad olunub.
ucarliyiq.biz Daily Mail-ə istinadən bildirir ki, 2 yaşlı oğlu olan britaniyalı model İtaliyanın Milan şəhərində oğurlanıb, iyulun 11-dən 17-dək köləlikdə, girov saxlanıb.
Modeli oğurlayanlardan biri, Britaniyada yaşayan Polşa vətəndaşı Lukaş Herba həbs olunub.
"Black Death Group"un rəhbəri olan bu şəxs 20 yaşlı modeli 300 min avroya "Darknet"dəki hərracda satmaq istəyirdi.
"Lukaş Herba çox təhlükəli cinayətkardır, - Milan şəhərinin polis rəisi Lorens Bukossi deyib. - Bu şəxs "Darknet"də özünü "son qərarı verən" adam kimi təqdim edirdi. O, potensial müştərilərə muzdlu qatil, partlayışların, insan oğurluqlarının və s. təşkil edə bilən adam kimi reklam olunurdu".
Herba oğurladığı modelin uşağı olduğunu biləndə onu azad buraxıb. "Anaları oğurlamaq qaydalarıma ziddir", - Herba polisdə deyib.
Polisin fikrincə, "Bləck Death Group" internetdə insan alveri ilə məşğul olur.
Hloya Aylinin dediyinə görə, sosial şəbəkədə tanış olduğu Lukaş Herba ona fotoqraf olduğunu yazıb, Milana fotosessiyaya dəvət edib.
Britaniyalı model Milana yollanaraq Herbanın kirayə götürdüyü mənzilə yerləşəndən az sonra onu iki kişi qaçırıb.






Bir uşaq anasını hərracda satmaq istədilər - FOTO




































scroll top