» » Hər uşağa yaşına görə və fərdi yanaşma tələb olunur

Hər uşağa yaşına görə və fərdi yanaşma tələb olunur


#MARAQLI

#UŞAQ
"Hər uşaq özünəməxsusdur və özünəməxsus fərqli xüsusiyyətləri var. Ona görə də onlara fərdi yanaşmaq və fərqli xüsusiyyətlərə malik olduğunu nəzərə almaq lazımdır. Uşaqları müayinə edərkən də bunu nəzərdən qaçırmaq olmaz. Hər uşaq xəstə, hər xüsusiyyət də əlamət deyil. Bəzi valideynlər uşaqlarının fərdi xarakterini nəzərdən qaçıraraq onların istədikləri kimi davranmalarını istəyirlər."
Bu sözləri Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İkram Rüstəmov söyləyib. ucarliyiq.biz xəbər verir ki, o, AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib: "Elə uşaqlar olur ki, bir qədər qapalı olur, öz hiss, duyğu və yaşantılarını bölüşməyi sevmir. Təəssüf ki, bəzi valideynlər bunu anlayışla qarşılamaq istəmirlər. Ümumi nöqteyi-nəzərdən baxanda tibbi əlamət kimi qiymətləndirilməsini onu yalnız aparılan tibbi müayinədən sonra müəyyənləşdirmək mümkündür. Tibbi-psixoloji əlamətlər hər kəsdə ola bilər. Əgər həmin keyfiyyətlər uşaqlarda funksionallığı pozur və həyat keyfiyyətinə mənfi təsir göstərirsə, onda müəyyən xəstəlikdən danışmaq olar."
Uşaq və yeniyetmə psixiatrı deyib: "Məsələn, 9 yaşında uşaq dərsə münasibətində və qiymətlərində geriləmə varsa, dostlarından uzaqlaşırsa, sevdiyi məşğələlərlə məşğul olmaq zövq vermirsə, yersiz olaraq əsəbi və gərgin hərəkətlər nümayiş etdirirsə artıq bu halda xəstəlik barədə danışmaq olar. Həmin hallarda mütləq həkim müdaxiləsinə ehtiyac var.
Bəzən 3 yaşında uşağın adını çağıranda verdiyi reaksiyasında, sosial ünsiyyətində, göz və emosional təmasında problem olanda mütləq tibbi-psixiatrik qiymətləndirməyə zərurət var, çünki inkişaf problemlərinin, autik spektr pozuntuları problemlərinin olması, başqa sözlə desək, autizm əlamətlərinin mövcudluğu uşağa tibbi-pedaqoji müdaxiləni zəruri edir.

Psixiatr daha sonra bildirib: "Bəzən uşaqda özündən razılıq əlaməti funksionallığı pozacaq səviyyədə olması emosional oyanıqlıq probleminə səbəb ola bilər. Sadəcə eqoistik, uyğunlaşma və adaptasiya problemi varsa ailənin daxili dinamikası ilə əlaqədar məsələdir. Burada valideynlərin üzərinə daha böyük yük düşür. Belə hallarda klinik problem yoxdursa, bəzən uşaqla danışaraq, bəzən izah edərək, bəzən başa salaraq, bəzən də bir qədər sərt danışaraq davranışın nizamlanması yolu ilə məsələni yoluna qoymaq olar.
4-5 yaşında uşağın anasında ağır depressiya problemi varsa, uşaqda nisbi olaraq, reaktiv problemin olması mümkündür. Həmin hallarda ananı müalicə etməklə vəziyyəti yoluna qoymaq olar."
Həkimin dediyinə görə, yeniyetmələr arasında daha çox adaptasiya, depressiya, davranış pozuntuları ilə daha çox rastlaşmaq olur.
scroll top