» » 70 illik sirr açıldı - FOTO

70 illik sirr açıldı - FOTO

70 illik sirr açıldı - FOTO
Yaponiyanın Naqasaki şəhəri bu gün duyğusal anma mərasiminə ev sahibliyi edir.
ucarliyiq.biz xəbər verir ki, 9 avqust 1945-ci ildə ABŞ Hava Qüvvələrinin şəhərə atdığı "Gombul adam" ləqəbli atom bombası 70 min nəfərin ölümünə və müharibədə Yaponiyanın təslim olmasına səbəb olmuşdu.
Niyə hədəfdə Naqasaki var idi?
72 il öncə həm şəhərin, həm də dünyanın taleyini dəyişdirən bu tablo əslində bir sıra çatışmazlığın nəticəsində ortaya çıxıb.
Belə ki, 9 avqust 03:47 radələrində ABŞ Hava Qüvvələrinin B-29 tipli bombardman təyyarəsi Bokskar Tiniyan adasından havaya qalxıb və bununla bir Yaponiya şəhərinə bomba atmaq vəzifəsinə başlamış olub.
Ancaq daha vəzifə başlamadan bir sıra problemlər çıxmağa başlayıb. Benzin çatışmazlığı səbəbindən təyyarənin hərəkəti xeyli ləngiyib.
Tiniyan hərbi hava bazasında işləyən amerikalı bir mühəndis o günləri xatırlayarkən təyyarənin qalxdığını görənə qədər hamının az qala 10 il yaşlandığını deyib.
Nəhayət Bokskar problemsiz bir şəkildə havaya qalxıb.
Təxminən 1.5 metr böyüklüyündə və 3 metr uzunluğunda, yumurta formasında olan bombaya havada süzərkən istiqamətini dəyişməməsi üçün quyruq qoyulub.
Hərbi bazada işləyənlər bombanın üzərinə "arzularını" və mesajlarını yazmağı da unutmayıblar: "Sizə bir hədiyyə daha" və "İmperator Xiroxitoya ikinci öpüş" kimi mesajlar...








scroll top