» » Miqreni müalicə edən preparat hazırlanıb

Miqreni müalicə edən preparat hazırlanıb


#MARAQLI

Amerika Eli Lilly and Co kompaniyasının mütəxəssisləri bəyan ediblər ki, miqreni müalicə edən yeni lasmiditan preparatı kontrol qrupuna daxil olan pasiyentlərin vəziyyətinin xeyli yaxşılaşmasına kömək edir.
ucarliyiq.biz saglamolun.az-a istinadən bildirir ki, sınaqlarların əvvəlində iştirakçılarda 1 ay ərzində orta hesabla 5 miqren tutması baş verirdi. Eksperimentin sonuna qədər lasmiditan preparatını qəbul edən pasiyentlərdə tutmaların tezliyinin xeyli azalması müşahidə olunub.

2018-ci ilin 2-ci yarısında preparatın satışa çıxarılması nəzərdə tutulub.
Amerika Migraine Tədqiqat fondunun məlumatına görə, yalnız ABŞ-da 40 mln.-dan çox insan miqrendən əziyyət çəkir.
scroll top