» » Qadınlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI

Qadınlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI

Qadınlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI
Hər bir qadının öz enerjisi və özü də hiss etmədən istifadə etdiyi sehrbazlıq qüvvəsi var.
ucarliyiq.biz bu yazıda oxucuları güclü enerjiyə və təsiretmə qüvvəsinə malik olan qadın Zodiak işarələri ilə tanış edib.
Qoç
Qoç bürcləri lazım olmayan yerdə peyda olmaq kimi nadir qabiliyyətə malikdir. Lazım olanda isə onlar dərhal kənara çəkilir. Bir neçə dəqiqə əvvəl sizinlə səmimi söhbət edən Qoç xanımları bir anda gözdən itəndə inciməyin. Ola bilsin ki, sizə də bu lənətə gəlmiş yerdən uzaqlaşmaq lazımdır. Qoç qadınları sizə bu barədə xəbərdarlıq etmədiyi üçün inciməyin. Çünki onlar bunu pis niyyətlə etmir, sadəcə özünü daha yaxşı və rahat hiss etdiyi yerə qaçır.
Buğa
Buğa bürclərinin özəlliyi ondan ibarətdir ki, onların dediklərinin reallaşması kimi qəribə xüsusiyyəti var. Onlar möhtərəm insandır, amma bu bürclərə pislik etsəniz, sizin ünvanınıza lənətlər yağdırmağa hazırdır. Hansı ki, onların reallaşma ehtimalı çox yüksəkdir. Lakin qeyd etmək lazımdır ki, Buğaları özündən çıxarmaq üçün çox çalışmaq lazımdır! Bu, baş verərsə, ehtiyatlı olun! Eyni zamanda elə düşünməyin ki, Buğa bürcləri yalnız lənət oxuya bilir. Onlar sevdiyi insanların ünvanına sevgi, əmin-amanlıq və xoşbəxtlik də arzulayır.
Əkizlər
Əkizlər bürclərinə hipnoz etmə bacarığı verilib. Onlar sizə hətta ən yad şeyləri asanlıqla təlqin edə bilər. Bundan əlavə, onlar sizi öz iradəsinə tabe edə və öz istəklərini yerinə yetirməyə məcbur edə bilər. Yaxşı ki, Əkizlər xasiyyətcə kinli deyil, yoxsa daim onların təsiri altına düşərdik.
Xərçəng
Ən ziyansız bürc Xərçənglərdir. Onlar "əli yüngül" olan xoşbəxtlərdir. Xərçəng bürcləri nə edirsə, onlarda ideal alınır. Məsələn, əgər saç ustanız Xərçəng bürcündəndirsə, onda saç kəsiminiz ən yaxşısı olacaq. Əgər o, otaq bitkiləri ilə məşğul olursa, onda onun evində il boyu ən nadir çiçəkləri görmək olar.
Əgər sevgiliniz Xərçəngdirsə, o zaman əvvəlcə münasibətlər inkişaf edir, sonra isə Xərçənglər ən yaxşı məhəbbət romanlarında olduğu kimi sizi sevgi və qayğısına boğa bilər.
Şir
Şirlər xırda məsələlərə fikri vermir, o, böyük oyunlar üzərində oynayır. O, çoxlarının arzu etdiyi inanılmaz istedada malikdir. Məhz onlar Kainata birbaşa arzularını göndərə bilir. Və onlar gerçəkləşir! Həmişə! Bu zaman Şir qadınları heç bir əlavə qüvvə, heç bir ayin yerinə yetirmir. İstədi? Əldə etdi! Özü də bu, təkcə Şirlər üçün işləyir. Başqalarının istəyini yerinə yetirə bilmirlər. Düzü, buna çox da həvəsli olmurlar.
Qız
Qız bürcləri başqalarının fikirlərini oxumaq kimi qeyri-adi qüvvəyə malikdir. Bəli, Qızlar əsl telepatdır. Qızlar dərd çəkən adamın nə barədə düşündüyünü çox tez tapa bilir. Paradoksdur, amma bu zaman Qız özü heç bir mistikaya, ələlxüsus da öz gücünə inanmır. Öz gizli istedadı barədə Qızlar belə düşünür: əgər hamı onun kimi başını işlətsəydi, onda onun gördüklərini başqaları da görərdi.











scroll top