» » Bu qidalar diz ağrılarını aradan qaldırır

Bu qidalar diz ağrılarını aradan qaldırır



Bugünkü araşdırmalar sübut edir ki, milyonlarla insan osteoartritdən irəli gələn diz ağrısı və diz tutulmasından şikayət edir.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki,  bu haqda "Riders Digest" jurnalında bir məqalə dərc edilib. Məqalədə bu problemlərdən xilas olmaq üçün cərrahiyə əməliyyatı və digər vasitlərlə yanaşı, bəzi qidaların da onlardan xilas olmağa kömək etdiyi göstərilib.
Oklahama Ştat Universitetinin araşdırmasına görə, soya diz ağrısı üçün effektli müalicə vasitəsidir. Belə ki, 3 ay müddətində hər gün soya qəbul edən xəstələrin daha az müalicəyə ehtiyac hiss etdikləri müəyyən olunub. Antienflamatuar xüsusiyyətlərə malik olan soyanın tərkibində bol miqdarda isoflavon konsentrantı var.
293 nəfər avstraliyalı gəncin iştirak etdiyi araşdırmada bol miqdarda meyvə qəbul edənlərdə sümük iliyi əriməsi xəstəliyinə az rast gəlindiyi bəlli olub. Diz ağrılarının aradan qaldırılmasında tərkibində daha çox "C" vitamini olan kivi, manqo, greyfurt kimi meyvələrin qəbul edilməsi məsləhət görülür.

Araşdırmalar sübut edir ki, balıq və balıq yağı oynaq ağrıları və oynaqlarda revmatizm kimi problemlərin aradan qaldırılmasına kömək edir. Balığın tərkibində olan omeqa-3 turşusu diz qığırdaqlarının erroziyasının qarşısını alır. Mütəxəssislər həftədə 2 pors yağlı balıq və hər gün 1 qram omeqa-3 kapsulları qəbul etməyi tövsiyə edirlər.
Interesting facts scroll top