» » Hər 10 reseptdən biri səhv yazılır

Hər 10 reseptdən biri səhv yazılır



Bu səhvlərə lazım olan dərmanı unutmaq, dozanı səhv yazmaq və s. daxildir. İngiltərədə keçirilən araşdırma nəticəsində məlum olub ki, həkimlər xəstə üçün yazdıqları hər 10 reseptən birində səhvə yol verirlər.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, bu səhvlər lazım olan dərmanı unutmaq, dozanı səhv yazmaq, xəstənin allergiyasını diqqətə almamaq və oxunmayacaq qədər pis xətlə yazmaqdan ibarətdir.
Araşdırma çərçivəsində əczaçılar İngiltərədəki 19 xəstəxanada yazılan 124 260 reseptə baxıb və 11077 səhv müəyyənləşdiriblər. Əczaçıların müəyyənləşdirə bilmədiyi səhvlərin sayı bilinmədiyi üçün müəyyən olunan səhvlərin minimum olduğu bildirilib. Bundan başqa araşdırma nəticəsində məlum olub ki, bu səhvlərdən 2 faizi ölümcüldür. Ümumi Tibb Şurasının sədri professor Peter Rubin, həkimlərin fakultəni yeni bitirdikləri ildə yazdıqları reseptlərin 8.4 faizində, daha sonrakı illərdə isə 10 reseptdən birində səhvə yol verdiyini bildirib
scroll top