» » Pomidor suyu ilə 5 yaş gəncləşmək

Pomidor suyu ilə 5 yaş gəncləşmək



Üzümüz gün ərzində kir, makiyaj qalıqları, ölü hüceyrələr və çöldən gələn xarici maddələrə məruz qalaraq tıxanır.
Saglamheyat.com  xəbər verir ki, buna görə də hava ala bilməyən dəri acne meydana gətirir, qızarar və infeksiya yaradır. Bu vəziyyətdə bir çox pul verib sızanaq aradan qaldırıcı kremlər, üz təmizləmə losyonları və acne aradan qaldırıcı vasitələr alırıq. Bahalı məhsullara pul vermənizə ehtiyac yoxdur çünki pomidor suyunu möcüzə bir həll olaraq dərinizə istifadə edə bilərsiniz.
ucarliyiq.biz saglamheyat.com-a istinadən bildirir ki, acne ümumiyyətlə stressə bağlı olub hormonal balanssızlıq, pis qidalanma və yağlı bəslənmə nəticəsində çıxır. Bu hadisə ümumiyyətlə üz olmaqla boyun, kürək və sinədə də görünür. Dərmanlar arasından seçim etmək çox çətindir. Bəzən ən bahalılarının belə bir işə yaramadığı vəziyyətlər dəola bilir. Ayrıca həb şəklində qəbul edilən dərmanların başda qaraciyər olmaqla bir çox yan təsiri var. Lakin pomidor suyu kürü müalicəsində sağlamlığınız baxımından heç bir yan təsir yoxdur və təbii bir müalicə üsulu olaraq büdcəniz üçün də uyğundur.
Təzə və təbii pomidor suyu ilə edəcəyiniz maskaların nizamlı istifadəsi və gündəlik pomidorun qəbulu ilə birlikdə müvəffəqiyyətli bir şəkildə acnelərdən xilas ola bilərsiniz.
Bu maskanı hazırlamaq üçün əvvəlcə blendrin içinə bir pomidor qoyun və məcun əldə edənə qədər qarışdırmağa davam edin. Sonra dərinizə bu məcunu çəkin .15-20 dəqiqə bu şəkildə saxlayın. Daha sonra üzünüzü soyuq su ilə təmizlənənə qədər yüngülcə masaj edərək üzünüzü yuyun. Sonra dəsmal salfet ilə qurulayın.
scroll top