» » Hər gün boş mədəyə bir diş sarımsaq yesəniz…

Hər gün boş mədəyə bir diş sarımsaq yesəniz…



Hər gün boş mədəyə bir diş sarımsaq yesəniz bədəninizdə nələr baş verər?
 
Təzyiqi normallaşdırır...
Araşdırmalara görə, sarımsaq təzyiqin tənzimlənməsində olduqca əhəmiyyətli təsir göstərir. Buna görə də normanı qorumaqla gündə bir diş sarımsaq yemək təzyiqin normallaşdırmasına kömək edir.
Qanın laxtalanma riskini azaldır...
ucarliyiq.biz saglamheyat.com-a istinadən bildirir ki, sarımsaqda olan faydalı maddələr, qanın durulmasını təmin edir və trombositlərin bir-birinə yapışmasının qarşısını alaraq laxtalanmanın qarşısını alır. Normanı keçmədən sarımsaq qəbul etmək qanın nizamlı bir şəkildə axmasını təmin edir və ürək və damar sağlamlığını qoruyur.
Bədəndə var olan infeksiyaların sürətli yaxşılaşmasını təmin edir ...
Sarımsaq "təbii antibiotik" olaraq bilinməsi boşuna deyil. Boğazda olan iltihaplanmalardan tutmuş, qulaq iltihabına qədər bədənin dörd bir yanında olan infeksiyaların daha sürətli bir şəkildə keçməsinə kömək edir
İmmunitet sistemini gücləndirərək qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur ...
Sarımsağın antiviral və antibakterial təsir göstərdiyini hər kəs bilir. Məhz bu xüsusiyyəti sayəsində bədənə virus ya da bakteriyaların daxil olmasına mane olan sarımsaq, bədənə əvvəlcədən daxil olan bu zərərli maddələri də bədəndən sürətli şəkildə uzaqlaşdırmaqda əvəzsizdir.

Müxtəlif xərçəng növlərinə tutulma riskini azaldır ...
İmmunitet sistemini gücləndirmək də olduqca faydalı olan sarımsaq, yalnız soyuqdəymə kimi nisbətən sadə sayıla biləcək xəstəliklər kömək etmir. Həm də antioksidan xüsusiyyətindən dəstək alaraq xərçəngli hüceyrələrin də meydana gəlməsinin qarşısını alır. Var olanları isə böyüyüb yayılmasını gecikdirir. Sarmısaq bədənimizi müxtəlif xərçəng növlərinə tutulmaqdan qoruyur.
Sinir sisteminin nizamlı olaraq işinə dəstək olur, sinir və stressin qarşısını almaqda faydalıdır...
Sarımsağın içindəki selenium adlı bir maddə, sinir sisteminin nizamlı bir şəkildə işinə dəstək olaraq sinir və stressdən bədəni uzaq tutur, stresslə bağlı olan yuxusuzluğun azalmasına köməkçi olur.
scroll top