» » Rəqs edən milyonçunun başı dərddə: banklar onu axtarır - FOTO

Rəqs edən milyonçunun başı dərddə: banklar onu axtarır - FOTO

Rəqs edən milyonçunun başı dərddə: banklar onu axtarır - FOTO
İnstagram-da paylaşdığı fotolar və videolarla məşhurlaşan, sosial şəbəkələrdə "rəqs edən milyonçu" kimi tanınan 50 yaşlı Canluka Vakkinin ciddi problemləri var.
ucarliyiq.biz European-a istinadən bildirir ki, sadəcə, İnstagram-dakı profilinin 11 milyondan artıq daimi təqibçisi olan 50 yaşlı italyan iş adamı lüks həyatının əks olunduğu paylaşımlarla tanınır.
O, qeyri-rəsmi nikahda olduğu xanımı, sabiq "Miss Kolumbiya" Ariadna Qutyerreslə əylənir, rəqs edir və bu anları smartfonla çəkərək profilində paylaşır.
Fəqət, indi Vakki banklardan qurtulmağa çalışır.
Belə ki, Canluka Vakkinin şirkətinin İtaliyadakı 4 banka toplam 10,5 milyon avro kredit ödənişləri borcu olduğu aşkarlanıb.
Banklar bəyan ediblər ki, Vakki uzun müddətdən bəri ödənişləri həyata keçirmədiyindən onun Sorrentodakı villasına və iki yaxtasına ən yaxın günlərdə həbs qoyula bilər.




scroll top