» » Ən məşhur bodibilder steroidlərin qurbanı oldu - FOTO

Ən məşhur bodibilder steroidlərin qurbanı oldu - FOTO

Ən məşhur bodibilder steroidlərin qurbanı oldu - FOTO
Dünyanın ən populyar, zəngin və məşhur bodibilderi sayılan Riç Piana dünən evində arvadına kəskin ağrılardan şikayətlənəndən sonra huşunu itirib və yıxılıb. O, reanimobil ilə hospitala aparılıb.
ucarliyiq.biz TMZ-yə istinadən bildirir ki, ABŞ-ın Florida ştatında yaşayan Riç Piananın ilkin müayinəsinin nəticələrinə görə, o, həddən ziyadə steroidlərdən istifadə etdiyi üçün koma vəziyyətinə düşüb.
Bodibildinq ulduzunun qeyri-rəsmi nikahda olduğu xanımı Şanel Censenin dediyinə görə, əri ağır vəziyyətdədir.
"Riç hələ də koma vəziyyətindədir. Mən və onun qohumları sizdən, sadəcə, pozitiv fikirlər, sevgi və dualarınızı istəyirik", - Şanel Censen İnstagram-dakı profilində yazıb.
Həkimlər isə Piananın süni, induksiyalaşdırılmış komaya salındığını söyləyiblər.
Riç Piana YouTube-dakı kanalında paylaşdığı videolardan birində demişdi: "Artıq 27 ildir ki, anabolik preparatlar və steroidlər qəbul edirəm".
O, hər videosunda pərəstişkarlarına, xüsusilə də gənc bodibilderlərə ən müxtəlif stereoidləri qəbul etməyi məsləhət görürdü.








scroll top