» » Uşaqların beyninin "boş vaxta" ehtiyacı var

Uşaqların beyninin "boş vaxta" ehtiyacı var



Uşaqlar və yeniyetmələr həmişəkindən daha məşğuldurlar. Lakin nevroloqlar və psixoloqlar deyirlər ki, uşaqlara davamlı olaraq, hətta yay tətilləri zamanı, dərs və məşğələləri təşviq etmək onlar üçün yaxşı deyil.
ucarliyiq.biz "Amerikanın səsi"nə istinadən bildirir ki, uşaqların uğurlu olması və çətinlikləri aşa bilməsi psixoloq Lia Uoters uzun zamandır ki, araşdırdığı mövzudur. Yazdığı "The Strength Switch" kitabında o iddia edir ki, valideynlər uşaqların zəif cəhətlərini düzəltmək əvəzinə, güclü xüsusiyyətlərinin üzərində işləməlidirlər.
"Əgər siz, uşağınızın çatışmazlıqları, yanlış hesab etdiyiniz və düzəldilməsinə ehtiyac duyduğunuz xüsusiyyətlərinə daha çox diqqət yetirsəniz, əldə edə biləcəyiniz ən yaxşı nəticə onu zəifllikdən çıxarıb, ortabab biri etmək olacaq. Amma uşağınızın yaxşı bacardığı xüsusiyyətlərinə diqqət yetirsəniz, onun güclü cəhətlərini daha da inkişaf etdirməyə kömək etsəniz, onun tam potensialını reallaşdırmaq imkanı daha çox olacaq."
Bununla bərabər, Uoters narahatlıqla bildirir ki, valideynlər bəzən uşaqların gələcəkdə uğurlu bir insan olmaları üçün onların üzərinə həddindən artıq yük qoyurlar: "Çoxlu repititorlar və dərsdənkənar məşğələlər, uşağın güclü bir şəxs kimi formalaşmasına kömək olduğu hesab edilir. Bu fikirdə, təbii ki, həqiqət var. Amma, bu həmişə həqiqət deyil."

Nəticədə uşağın cədvəli dolur və beyni daimi olaraq öyrənmə, məlumat toplama və çalışmalarla məşğul olur: "Doğrudur, məşğələlər bizi gücləndirir. Amma, istirahət də bizim güclənməyimiz üçün eyni şəkildə əhəmiyyətlidir."
Uoters deyir ki, maşınların tez-tez söndürülməsinə ehtiyacları olduğu kimi, uşaqların da beyinlərini "söndürülməsinə" ehtiyacları var.
scroll top