» » Sən demə, ad günündə şam üfləmək olmaz

Sən demə, ad günündə şam üfləmək olmaz


#MARAQLI

Ad günlərində tort üfləmək artıq vərdişə çevirilib. Doğum günü sahibi arzu tutub şamları üfləməsə, tortu kəsmək olmaz. Bəs görəsən bu adətin sağlamlığa necə, hansısa ziyanı varmı?
ucarliyiq.biz xəbər verir ki, Şimali Karolina ştatında yerləşən Clemson universitetinin mütəxəssisləri bu mövzuda maraqlı araşdırma aparıb. Onların sözlərinə görə, tortun üzərindəki şamları üfləmək ciddi xəstəliklərə yol aça bilər.
Aparılan tədqiqatlarda insanın sakit nəfəs aldıqdan sonra dərindən nəfəs almaqla 1500 - 2000 ml hava qəbul edə bildiyi və bu zaman havada, habelə ağız boşluğunda olan bakteriyaların bir-birinə təmas etdiyi ortaya çıxıb. Dərin nəfəs alaraq şamları üfləyən insan bu bakteriyaları tortun üzərinə ötürür. Bu isə digər insanların sağlamlığı, eləcə də gigiyenik cəhətdən doğru hesab edilmir.

Universitetin profesoru Paul Davson kiçik bir tort üzərində apardığı araşdırmada şam üfürülməsindən sonra şirniyyatın üzərindəki bakteriyaların 1400-ə qədər artığını müşahidə edib.
Tənəffüs yolu ilə ötürülən müxtəlif xəstəlik risklərinin qarşısını almaq məqsədilə bu növ adətlərə əməl etməmək məsləhətdir. (publika.az)
scroll top