» » Plastik qablarda olan qidaların orqanizmə ziyanı - DİQQƏTLİ OLUN

Plastik qablarda olan qidaların orqanizmə ziyanı - DİQQƏTLİ OLUN


#MARAQLI

Gün ərzində istifadə edilən qidaların orqanizmə nə qədər faydalı və nə qədər zərərli olduğunu bilirsizmi? Bəzən istehsal müddətinə baxmaq kifayət etmir. Qablaşdırmadan da çox şey asılıdır. İstehsal olunan qida məhsullarının əksəriyyəti insan sağlamlığı üçün ciddi təhlükədir.
ucarliyiq.biz sizə orqanizmdə maddələr mübadiləsini pozan, immun çatışmazlığı yaradan və xərçəng kimi ağır xəstəliklərə yol açan qidalar haqqında bilməli olduğunuz faktları təqdim edir:
ABŞ və İsveç alimləri mütəmadi şəkildə qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanılması və əhaliyə necə təqdim olunması proseslərini araşdırır. Müxtəlif araşdırmalar aparılır. Aparılan tədqiqatlar onu göstərir ki, genetik xəstəliklər adlandırdığımız bir çox problemlər məhz qidalanma yolu ilə meydana gəlir. Məsələn, xərçəng, şişlər, şəkərli diabet və s. Bəzən istehlak etdiyimiz qidalar bizim həyat tərzimizə də təsir edir. Həftənin müəyyən günlərində passiv və taqətsiz olmaq sırf yorğunluq əlaməti deyil.
Alimlər yaşından asılı olmayaraq, insanları normadan artıq un məmulatlarından hazırlanmış qidalardan, şəkərli məhsullardan az istifadə etməyi tövsiyə edir. Normadan artıq istifadə edilən bu cür qidalar orqanizmdə əzələ sisteminin fəaliyyətinə, eləcədə beyin-qan dövranına mənfi təsir göstərir.
Əksər hallarda uşaqların istifadə etdiyi marmeladlardan yaşlı nəsil də istifadə edir. Bu məhsuların tərkibi tamamilə kimyəvi məhsullardan hazırlandığı üçün nəinki insan orqanizminə təhlükədir, hətta ölüm riskini də artırır.
Plastik qablaşdırmalarda olan mayonez və bu kimi maye halında olan qidalar ölümcül dərəcədə təhlükəlidir. Elmi araşdırmalar göstərir ki, hər bir qidanın tərkibinin və keyfiyyət dərəcəsinin qeyd olunan tarixə qədər qorunub saxlanılması ilk olaraq qablaşdırmadan, daha sonra isə saxlama şəraitindən asılıdır. Plastik qablarda, qutularda maye halında olan və kimyəvi reaksiyaya girə biləcək qida məhsullarının istehsalı düzgün deyil. Bu tip qablaşdırmalar yalnız quru məhsullar üçün nəzərdə tutulub.

Ərik qurusu, kişmiş, albuxara, alma, kivi, ananas, əncir, və.s quru meyvələrin satışdan alınması özünə qəsd deməkdir. Ev şəraitində qurudulan meyvələrin ən çox 1 il ərzində istifadəsini nəzərə alsaq, illərlə normadan kənar şəraitlərdə saxlanılan bu meyvələrin gözə bu qədər cəlbedici gəlməsi sizi də düşündürmürmü? Əmin olun ki, o cür görünüşü əldə etmək üçün o meyvələrin başına olmazın oyunun açıblar.
Tez hazırlanan kofe məhsullarından istifadə, hormonların fəaliyyətini dəyişir. Bu, uşaqlara, xüsusilə də kişilərə ciddi surətdə problemlər yaşada bilər.
Qiymət baxımından əlverişli olan tez hazırlanan qidaların keyfiyyət dərəcəsindən danışmağa belə dəyməz. Vermeşil supu, kartof püresi, "Yupi" və bir çox firmaların istehsal etdiyi sokların tərkibindəki kimyəvi maddələr orqanizmin düşmənidir.
Sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, istehlak etdiyiniz qida məhsullarının sadəcə istehsal tarixinə deyil, keyfiyyət dərəcəsinə də üstünlük verin. Seçim etməli olduğunuz məhsullar arasında 10 qəpik ucuz olan qidaların üzərindəki etibarlılıq tarixi sizi yanıltmasın.
Hər zaman sağlam olun! (publika.az)
Interesting facts scroll top