» » Allergiyaya və ölümə səbəb olan qurd xəstəliyi

Allergiyaya və ölümə səbəb olan qurd xəstəliyi



Ankilosttomidozlar və nekatoroz allergik dermatit,Löffler,duodenit əlamətləri ilə özünü biruzə verir.Xəstəlik isti iqlim qurşaqlarından dünyaya yayılıb.Azərbaycanda ən çox Lənkəran və Zaqatala bölgəsinin əhalisi arasında daha çox rast gəlinir.
ucarliyiq.biz immunitet.az-a istinadən bildirir ki, xəstəliyin törədicilri yastı qurdlardır.Bu qurdların bədəni əyilmiş slindir formasında olur.Onların başında dörd iri,iki kiçik,nekatorun isə iki kəsici dişi olur.Bu qurdların cinsiyyət dəlikləri quyruq hissələrində olur.Bağırsaqlarda mayalanmış dişi qurd torpaqda 27*S tempraturda və nəmlik olduqda yumurtadan sürfə əmələ gəlir.Sürfə torpaqda böyüyür və bitkilərin gövdəsilə 20-22 sm yuxarı qalxır. Yaxşı təmizlənməmiş göyərti və tərəvəzlərlə orqanizmə daxil olur.Xəstəlik insana torpaqla əlcəksiz işləyən zaman gigiyena qaydalarına əməl etmədikdə yoluxur.
Ankilostomidoz orqanizmə daxil olduqdan sonra bağırsağın selikli qişasında yaşayır və qanla qidalanır.
Bu parazitar xəstəlik oranizmdə allergik dermatit əlamətlərinin əmələ gəlməsinə səbəb olur.Xəstələrdə aşağıdakı paroloji əlamətlər meydana gəlir:
- eritema
- qaşınma
- dəri səpgiləri
- şişkinlik
- dəridə göynəmə
Kəskin qaşınma irinli ağırlaşmalara səbəb olur.Xəstələrdə frunkulyoz,osteofollikullit və nekrotik yaralar əmələ gəlir.Xəstəliyin dəri forması torpaq qoturu,su qoturu,misir xlorozu kimi adlarla da müalicə edilir.
Xəstəliyin ağırlaşması tənəfüs yolları və ağ ciyərlərdə bronxit,laringit,eozinofil infiltratın əmələ gəlməsi ilə nəticələnir.
Xəstəlik parazitlərə qarşı dərmanlara qarşı davamlı olur.Uzun müddət baş verdikdə orta yaşlı insanlarda əmək qabiliyyətinin aşağı düşməsinə,uşaqlarda isə inkişafdan qalmaya səbəb olur.Müalicə almayan xəstələr isə ölə bilirlər.
Diaqnoz kliniki əlamətlərə və parazitar yoxlamalara əsaslanaraq qoyulur.
Müalicə naftamon,kombatrin,vermoks,levomizol,mintezolla aparılır.Müalicə həkimin nəzarəti altında və vaxtaşırı müayinələrlə aparılır.
scroll top