» » Başı kəsilən, gözü çıxarılan, adamyeyən nəhəng insanlar - Tarixdəki DƏHŞƏTLƏR - FOTO

Başı kəsilən, gözü çıxarılan, adamyeyən nəhəng insanlar - Tarixdəki DƏHŞƏTLƏR - FOTO

Başı kəsilən, gözü çıxarılan, adamyeyən nəhəng insanlar - Tarixdəki DƏHŞƏTLƏR - FOTO
Müxtəlif xalqların folklorunda nəhəng qəhrəmanlara rast gəlmək mümkündür. Bir qayda olaraq bu nəhənglər qeyri-adi gücə və çox böyük bədən ölçülərinə malik olurlar. Onların taleyi xalq ədəbiyyatında hər zaman faciəvi sonluqla bitir.
ucarliyiq.biz müxtəlif folklorların 5 nəhəng qəhrəmanın siyahısını təqdim edir:
1. Atlant - Səmanı saxlayan nəhəng
Antik yunan mifologiyasında Atlant (bəzi mənbələrdə Atlas) Olimpin hökmdarı Zevsə qarşı şavaşan əsas qəhrəman sayılır. Titanların dəstəsi Zevsə məğlub olandan sonra, hökmdar Atlantı cəzalandırır. Onun cəzası isə daim səmanı əlləri ilə saxlamaq olur. Əfsanələrə əsasən, Atlantın bu zülmündən məyus olan Herakl onun yanına gedir, bir müddət səmanı ondan alıb özü saxlayır ki, Atlant dincələ bilsin.
Digər əfsanədə isə, Atlant böyük bir dağa çevrilir.
2. Xrunqngir - daş zirehli nəhəng
Skandinaviya eposunda nəhənglər haqda əfsanə az deyil. Onların ən böyüyü isə Xrunqnirdir. Bir dəfə Xruningir ən ali tanrı Odinlə savaşıb, məğlub olur, elə o an bütün tanrıları öldürməyə qərar verir. Daş zireh geyinib, bütün tanrılara savaş açır. Başı və ürəyi də daşdan olan Xruningirin başı yarılaraq öldürülür.





Interesting facts scroll top