» » Ölümdən qaçan ata oğullarına qovuşdu - FOTO

Ölümdən qaçan ata oğullarına qovuşdu - FOTO

Ölümdən qaçan ata oğullarına qovuşdu - FOTO
Suriyanın İdlib şəhərindən, bombardmanlardan və ölümdən qaçan 35 yaşlı Əmmar Həmmaşo ailəsinə Kiprdə qovuşub.
ucarliyiq.biz European-a istinadən bildirir ki, Hammaşo xanımını və 4 övladını Kiprin paytaxtı Nikosiyanın yaxınlığındakı Kokkinotrimitiyada yaradılmış qaçqın düşərgəsində görüb.
Əmmar Həmmaşo Suriyadan ötən il qaçmışdı. O, Türkiyədə qaçaqmalçıların adama 10 min dollardan "yer" təklif etdikləri rezin qayığa əyləşmiş, 94 suriyalı, iraqlı və əfqan miqrantla birlikdə Kiprə yan almışdı.
Kiprin Sahil Mühafizəsi Xidmətinin əməkdaşlarının keçirdikləri reyddə tutulan A.Həmmaşo iki ay əvvəl buraxılıb.
Dünənsə o, ailəsi ilə görüşüb.





Interesting facts scroll top