» » Yumurta aclıq hissinin “təbii düşməni”dir

Yumurta aclıq hissinin “təbii düşməni”dir



Bir çoxları arıqlamaq, artıq çəkidən xilas olmaq üçün pəhriz əvəzinə yeməkdən tam imtina edirlər. Lakin onlar düşünmürlər ki, yeməkdən tam imtina artıq çəki ilə yanaşı, sağlamlığın da itirilməsinə səbəb olur. Alimlər də araşdırıb müəyyən etmişdirlər ki, insan nə qədər arıqlamaq istəsə də səhər yeməyindən imtina etmək artıq çəki ilə mübarizədə ən böyük səhvdir. Bəs ən yaxşı səhər yeməyi hansıdır? Hansı qidanın səhər qəbulu daha faydalıdır?  
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, "Muscle"nin verdiyi məlumata görə, ABŞ-dakı Luiziana Universitetinin alimləri yumurtanı aclıq hissinin "təbii düşməni" hesab edirlər. Müəyyən olunmuşdur ki, yumurta öz zəngin tərkibi ilə ən yaxşı və faydalı səhər yeməyidir. Bu fakt amerikalı alimlər tərəfindən aparılan təcrübə zamanı da təsdiq olunmuşdur.
Alimlər 20 könüllünün cəlb olunduğu eksperiment aparıblar. Onlar 2 qrupa bölünərək həftə ərzində müxtəlif növ qidalar qəbul ediblər. Qidaların tərkibindəki karbohidrogenlər, zülallar və yağlar bərabər miqdarda olub. Səhər yeməyi zamanı qruplardan birinin üzvlərinə yumurta, digərinə isə sıyıq təklif olunub.Nahar vaxtı isə könüllülər nə qədər ac olduqlarını deyiblər. Sonra isə təcrübədə iştirak edən qrup üzvləri istədikləri qədər yeyiblər və qan analizi veriblər.
Məlum olub ki, səhər yeməyində yumurta yeyən qrupun iştirakçıları naharda daha az qida qəbul ediblər. Onların qanlarında aclıq hormonu olan qrelinin miqdarı az, toxluq hissi yaradan PYY hormonunun miqdarı isə daha çox olub. Yumurtanın belə xassələri onun tərkibindəki zülalın keyfiyyəti ilə bağlıdır. Yumurtadakı zülal başqa zülallardan daha üstündür. Bundan başqa, ən faydalı və effektli zülalı olan maddə də məhz yumurtadır. Yumurtadan normal miqdarda istifadə hər kəsə, xüsusilə də idmanla məşğul olanlara faydalıdır. Odur ki, özünüzü dadlı və faydalı səhər yeməyindən məhrum etməyin!
Interesting facts scroll top