» » Nar – qan əmələ gətirən meyvə

Nar – qan əmələ gətirən meyvə



Nar - payız fəslinin xoş rəngli meyvələrindəndir. Bu meyvənin tərkibində olan anti-oksidan başqa meyvələrlə müqayisədə daha çoxdur. Anti-oksidanlar bədəndə olan mikroblar və viruslarla mübarizə aparar.
Narın tərkibində kalium və C vitamini də vardır. Narın suyu polifonul adlı anti-oksidandır ki, güclü anti-oksidan sayılır. Bu antiioksodan stress nəticəsində yaranan hüceyrələri məhv edər.
Nar qan əmələ gətirən meyvədir. Qəlbi gücləndirər, bədəndə olan yağları dəf edər, daxili iltihabların zəhərini xaric edər. Nar yarpağı mədə zəifliyi, iştahasızlığa, ümumi zəifliyə və miqrenə qarşı ən yaxşı vasitədir. Bu meyvə ürək xəstəliklərinin qarşısını alar, qandakı xolesterinin səviyyəsini aşağı salar. Böyrəkləri təmizləyər və iştaha gətirər. Yaxşı olar ki, yeməkdən əvvəl yeyilsin.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, nar qəbizlik xəstəliyindən əziyyət çəkənlər üçün zərərlidir. Belə xəstələr nar yeyəndən sonra qaynanmış suya bir qədər nabat qatıb içsinlər. Narı çox yemək mədə yarısına yol aça bilər.
Nar suyu ürəyiniz üçün ən yaxşı dostdur. Ürək infaktı riskini azaldır. Bir stəkan nar suyunun tərkibində sizin C vitaminizə ehtiyacınızın 40%-ı vardır. Bundan başqa  nar - A, E vitamini deposudur.
Nar suyu qanı durulaşdırma xüsusiyyətinə malikdir. Qanın axışını gücləndirər. Qandakı xolesterini aşağı salar və qan təzyiqini tənzimləyər. Bundan başqa, narın tərkibində olan anti-oksidanlar xərçəng riskini azaldar.
Siçanların üzərində aparılan tədqiqatlar göstərir ki, prostata düçar olan siçanlara nar suyu verərək, bu xəstəliyin şiddətini azalda biliblər. Nar həmçinin böyrək xərçənginin də qarşısını alır.
Hamilə qadınların nar suyu içməsi körpəni beyin zədələrindən qoruyar. Bununla yanaşı, nar oynaqlarda olan iltihabı aradan qaldırar. Nar Alzheymer xəstəliyinin qarşısını alar və onu yavaşladar.
Bu meyvə virus, göbələk və bakteriya əleyhinə olan ən yaxşı dərmandır. Tədqiqatlar göstərir ki, insan əgər 3 ay ərzində gündə bir stəkan nar suyu içərsə, ürəyə daha çox oksigen gedər. Bunun nəticəsində də ürək sağlam olar.
Interesting facts scroll top