» » Qarpızın faydaları

Qarpızın faydaları



Qarpız susuzluğu aradan aparan meyvələrdəndir. Qırmızı rəngli bu meyvə sulu və az kalorilidir. Bu meyvənin tərkibində vitaminlər və anti-oksidanlar vardır. Bu meyvənin əti qırmızı, ya da çəhrayidir. Şübhəsiz ki, siz də qırmızı rəngini daha çox sevirsiniz.
Qarpız və vitaminlər.
Qarpızın tərkibində 92% su vardır. Kalorisi azdır, bu meyvənin tərkibində olan şəkərin miqdarı da çox deyildir. Qarpızın şirin dadı tərkibində olan saxaroza və fruktozaya görədir.
Qarpızın tərkibində C vitamini vardır. 200 qr. qarpız bizim bu vitamina olan gündəlik ehtiyacımızın 25%-ni təmin edir. Bununla yanaşı, bu meyvənin tərkibində B vitamini qrupu vardır (B1, B6).
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, bu sulu meyvənin tərkbində həm də kalium, maqnezium, kalsium, fosfor, mis, manqan və dəmir vardır. Qarpız böyrəklər üçün çox faydalıdır. Böyrəkləri təmizləyər və zəhərli maddələri dəf edər. Tərkibində fibrlərin miqdarı çox olduğu üçün bağırsaqları rahatladar, xüsusilə də uşaqlar üçün çox faydalıdır.
Qarpızın tərkibində karotin adlı anti-oksidan vardır. Qarpız dərinizi xoş rəngli və rütubətli edəcəkdir. Qarpızın ətindən bir qədər götürüb dərinizin üzərinə qoyun və orada bir qədər quruyandan sonra yuyun. Dərinizin nə qədər xoş rəng və rütubətli olduğunu görəcəksiniz.
Tibb mütəxəssisləri hər bir insana gün ərzində həmin fəslin meyvəsindən və tərəvəzindən yeməyi tövsiyə edir. Qarpız da bu cür faydalı meyvələrdəndir. Onun tərkibində olan lekopen anti-oksidandır. Qandakı xolesterinlə mübarizə aparır. Tədqiqatlar göstərir ki, əgər qanınızda bu maddə lazımlı qədər olarsa, ürək və xərçəng xəstəliklərinə tutulma riski az olar. Qarpız da başqa meyvələr kimi bədəninizin sağlam qalması üçün çox faydalıdır. Ona görə də bu meyvə təkcə bədənimizi sərinləşdirmir, həm də sağlamlığının keşiyində dayanır. Ona görə də hələ ki, qarpız fəsli tükənməyib ondan çoxlu meyl edin.
Interesting facts scroll top