» » Dəri allergiyasına görə tövsiyələr

Dəri allergiyasına görə tövsiyələr



Dəri allergiyası çox yayılmış bir xəstəlikdir və özünü qızartı, qaşınma kimi əlamətlərlə büruzə verər. Bahar fəslində isə nəfəs orqanının allergiyası ilə bir yerdə özünü göstərər.
Bu xəstəliyə düçar olan insanlar adətən ancaq həmin xəstə yeri müalicə etməyə çalşırlar. Halbuki, bir çox dəri xəstəlikləri daxil orqanlarının vəziyyətindən asılı olaraq büruzə  verir. Xalq təbabətinin nəzərinə görə, dəri bütün bədənin tullantı rolunu oynayır. Bədən elə qurulmuşdur ki, artıqlar dəriyə ötürülür və bu maddələr ürəkdən, beyindən və qaraciyərdən belə şəkildə uzaqlaşdırlır. Ona görə də əgər insan dəri xəstəliyinə tutulubsa, bu, onu göstərir ki, daxil orqanlarında problem vardır. Bədənin daxili orqanlarında daha çox tullantı toplanmışdır. Bu da insanın sağlam qidalanmamasına görə olur.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, bəzi dəri xəstəlikləri bəzi fəsillərdə daha çox büruzə olunur. Bu fəsillərdən biri bahardır. Bahar elə bir fəsldir ki, bədən bütün qış ayında topladıqlarını dəf etməyə çalışır. Onların bir hissəsini də dəriyə ötürür. Ona görə də insanın üzündə lehim və ziyil əməl gəlir. Bunun üçün bir neçə nöqtəyə diqqət etməliyik. Birincisi budur ki, tünd ədviyyatlardan çəkinməliyik: istiot, zəncəfil, soğan və sarımsaq kimi. Həmçinin şirin və yağlı yeməklərin miqdarını məhdudlaşdırmaq lazımdır. Bu cür yeməklərin yerinə lətif və tez həzm olunan yeməkləri yemək daha faydalıdır.
O insanlar ki, çox yeməyi xoşlayır, gərək bu adətlərini islah etsinlər. Yeməklərinin miqdarını azaltsınlar. Belə olan halda həzm sisteminə də çox yük düşür. Əgər belə bir insanda qəbizlik varsa, dəridə porblemlərin sayı daha çox olar.(Tebyan saytına istinadən)
Xalq təbabətində bahar fəslində qan alma kimi bir üsuldan istifadə edilir ki, bu müalicə üsulunun dəriyə də təsiri müsbət olur. Bundan başqa zəli qoyulması bədənin başqa orqanları kimi dəriyə də faydalı təsir qoyur.
Bəzi insanlar fəsil allegiyasına düçardırlar. Bu insanlar çox asqırır və burun suları axır. Onları müalicə ettək üçün bu fəsildə bitən bitkilərdən istifadə etmək olar. Onlardan biri ravənd bitkisidir. Onu yeməyə tökmək və ya şərbətindən istifadə etmək olar. Ya da pərpərəng və kasni bitkisidir ki, bunlar allergiya üçün faydalıdır.
Interesting facts scroll top