» » Təcili yardıma müraciətlər artıb - 8 ayın statistikası

Təcili yardıma müraciətlər artıb - 8 ayın statistikası


#CƏMİYYƏT

2017-ci ilin 8 ayı ərzində Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ( BŞTTYS) 455900-dən artıq ümumi müraciət daxil olub.
ucarliyiq.biz azvision.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyib. Onun sözlərinə görə, bunlardan 43 070-dən çoxu xəstəxanalara yerləşdirilib.
Uşaqlar üçün edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıq olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çox olub. 

O, qeyd edib ki, qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək qan-damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50267, hospitalizasiya 8926, miokard unfaktı ilə müraciətlərin sayı 577, hospitalizasiya 550-ə yaxın, insultla müraciətlərin sayı 2497, hospitalizasiya 2224, doğuşla bağlı müraciətlərin sayı 2087, hospitalizasiya 2077, zədələnmələrin ümumi sayı 14072, hospitalizasiya 8728, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587, hospitalizasiya 1393 olub ki, bu rəqəmdə də ötən illə müqayisədə artım qeydə alınıb.
Interesting facts scroll top