» » Hansı balıq kürüsünü yemək olar?

Hansı balıq kürüsünü yemək olar?


#DİN
Mahiyyət etibarilə balıq kürüsünü yemək halaldır. Burada meyar kürünün hansı balığa məxsus olmasıdır. Hansı balığın ətini yemək halaldırsa, kürüsünü də yemək halaldır.
ucarliyiq.biz islam.az-a istinadən bildirir ki, hansı balıqların yeyilib-yeyilməməsi barədə isə İslam məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə sudan tutulan bütün balıq növləri yeyiləndir. Cəfəri məzhəbinə görə yalnız pulcuqlu balıqları yemək olar, pulcuğu olmayan balıqlarin yeyilməsi haramdır. Beləcə, cəfəri məzhəbi baxımından pulcuqlu balıqların həm əti, həm də kürüsü halal sayılır. Kürünün rəngi əhəmiyyət daşımır, halal balığın qara və qırmızı kürüsü yeyilə bilər.
Interesting facts scroll top