» » QƏRİBƏ ADƏT: “Qızlar qaçırılmamaq üçün...” - FOTO

QƏRİBƏ ADƏT: “Qızlar qaçırılmamaq üçün...” - FOTO

Hindistanın Apatani qəbiləsinin qadınları qeyri-adi gözəllik anlayışı ilə məşhur olublar. Onlara görə qadının burnu nə qədər yekə oldusa, o, bir o qədər gözəl hesab olunur.
ucarliyiq.biz xəbər verir ki, qeyri-adi adətləri olan Apatani qəbiləsinin qadınları üzlərinin müxtəlif hissələrinə (çənə və alın nahiyyələrinə uzun zolaqlar çəkməklə) döymə etdirirlər. Yetkinlik yaşına çatmış qızlar üzlərinə döymə etdirir və burunlarına halqa taxırlar.
Hindistanın aşağı Subansiri bölgəsində Apatani yaylasında köçəri tayfa halında yaşayan bu insanlar yaşadıqları ərazinin adını özlərinə götürüblər. Qadınlar gözəllik naminə boyunlarından uzun zəncirlər, qeyri-adi aksesuarlar asırlar.






Interesting facts scroll top