» » Balaca şahzadənin oxuduğu məktəbdə qalmaqal - FOTO

Balaca şahzadənin oxuduğu məktəbdə qalmaqal - FOTO

Balaca şahzadənin oxuduğu məktəbdə qalmaqal - FOTO
Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Uilyamın oğlu şahzadə Corcun təhsil aldığı məktəbə soxulmaq istəyən qadını polis saxlayıb.
ucarliyiq.biz The Guardian-a istinadən bildirir ki, olay Londonun cənub-qərbindəki "Thomas's Battersea" özəl, elitar məktəbində baş verib.
Qadını oğurluq cəhdində suçlayırlar.
"Əlahəzrət şahzadə Corcun təhsil aldığı məktəbdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində çalışırıq", - Skotland-Yardın bəyanatında belə deyilir.
Tutulmuş 40 yaşlı qadın Londonun cənubundakı polis idarəsindədir.
Britaniyanın ən nüfuzlu orta təhsil məktəblərindən olan "Thomas's Battersea"də illik təhsil haqqı 18 min funt-sterlinqdən başlayır.








Interesting facts scroll top