» » Türkiyədə 4 min əvvələ aid daş kitabələr tapıldı - FOTO

Türkiyədə 4 min əvvələ aid daş kitabələr tapıldı - FOTO

Türkiyənin Kayseri şəhərindən 25 kilometr aralıda yerləşən Kültəpə-Karum adlanan ərazisində 70 ilə yaxındır aparılan arxeoloji qazıntılar zamanı üzərində qədim yazıların həkk olunduğu 23 mindən çox daş kitabələr tapılıb.
ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, aparılan arxeoloji qazıntılar zamanı əldə olunan tapıntıların 4 min il əvvələ aid olduğu güman edilir. Mütəxəssislərin bir qismi hesab edir ki, bu yazılar qədim Anadolu bölgəsində yaşamış insanların ilk yazı nümunələri olub. Arxeoloqlar bu yazıların Anadolu, Suriya və Mesopotamiya tarixi haqqında çox önəmli faktları aşkara çıxaracağına ümid edir.
Qazıntılara rəhbərlik edən Kültəpə qazıntı heyətinin sədri Fikri Kulakoğlu bildirir ki, bu lövhələrin üzərində eynilə müasir ibtidai siniflərdə istifadə olunan ifadələrə bənzər söz birləşmələrinə də rast gəlinir. Aşkarlanan 23 min 500 ədəd lövhənin üzərindəki yazıların böyük bir qisminin ticarət və iqtisadiyyat ilə bağlı olduğu müəyyənləşdirilib. Tarixçilər qeyd edir ki, qərbdə hələ yazı olmayan dövrlərdə Anadolunun bir qismində oxuma-yazma formalaşmışdı.
Mədəniyyət və Turizm Nazirliyi və Ankara Universitetinin dəstəyi ilə davam etdirilən qazıntı işlərində ABŞ, Avropa və Uzaq Şərqdən da arxeoloqlar iştirak edir.


Türkiyədə 4 min əvvələ aid daş kitabələr tapıldı - FOTO

Interesting facts scroll top