» » Kassandra SİNDROMU: insanlar ÖNCƏGÖRMƏLƏRƏ inanmadı, GÖRÜN NƏ BAŞ VERDİ - FOTO

Kassandra SİNDROMU: insanlar ÖNCƏGÖRMƏLƏRƏ inanmadı, GÖRÜN NƏ BAŞ VERDİ - FOTO

Kassandra SİNDROMU: insanlar ÖNCƏGÖRMƏLƏRƏ inanmadı, GÖRÜN NƏ BAŞ VERDİ - FOTO
Kassandra - qədim yunan mifologiyasının qəhrəmanıdır. Rəvayətə görə, Apollon ona aşiq olaraq bəsirət hədiyyəsi ilə mükafatlandırır. Amma Kassandra bu sevgiyə qarşılıq vermir və qəzəblənmiş tanrı elə edir ki, qızın öncəgörməsinə heç kim inanmasın.
Kassandra Troyanın məhv olmasını qabaqcadan xəbər verir, lakin onu lağa qoyurlar və ağılsız hesab edirlər. Nəticədə, tarixdə bir çox hadisələr var ki, gələcəyi görənlər yaxınlaşan qəzalar haqda insanları xəbərdarlıq etməyə çalışıblar, lakin onlara heç kəs inanmayıb. Beləliklə, belə fenomen tarixə "Kassandra sindromu" adı ilə düşüb.
ucarliyiq.biz falçılar tərəfindən öncədən deyilən, lakin buna məhəl qoyulmayan tarixin bir neçə mühüm hadisəsini oxucuların diqqətinə çatdırır.
"Titanik"də köməkçi kimi xidmət etmiş Artur Peyntin qəzadan 3 gün əvvəl məktub yazaraq, gəminin qəza keçirəcəyi barədə xəbərdarlıq edir. Məlumat üçün bildirək ki, bu yaxınlarda həmin məktub Londonda hərracda böyük məbləğə satıldı. Eyni zamanda faciədən 14 il əvvəl ingilis jurnalisti Morqan Robertson qəzanı təsvir edən illüstrasiyalar dərc etmişdi. O zaman heç kəs başa düşmürdü ki, söhbət nədən gedir...
Birinci Dünya Müharibəsinin başlanğıcını 1912-ci ildə madam de Tab (Anna-Viktoriya Savara) xəbər vermişdi. 1913-cü ildə isə falçı Almaniyanın Avropadakı hökmranlığının sonunu qabaqcadan demiş, bunu, yaxınlaşan müharibə nəticəsində olacağı fikri ilə qüvvətləndirmişdi. Onun sözlərini də heç kim ciddi olaraq qəbul etmədi...




Interesting facts scroll top