» » D vitamininin qəbulu qaydaları

D vitamininin qəbulu qaydaları


#MARAQLI

Son illər aparılan tədqiqatlar göstərir ki, D vitamininin sümük sağlamlığından tutmuş immunitetin gücləndirilməsinə qədər bir çox faydası var. Əksinə, çatışmazlığı isə diabet, depressiya, astma, xərçəng, ürək-damar və digər ciddi xəstəliklərə səbəb olur. Bu vitaminin orqanizmdə norma daxilində olması lazımdır. Çünki D vitamini orqanizmdə toplanma xüsusiyyətinə malik olduğu üçün onun çoxluğu ürəkdə ritmik pozulmalar, böyrəklərdə daş və çatışmazlıq kimi bir çox problemlərə yol aça bilər.
ucarliyiq.biz AZƏRTAC-a istinadən orqanizmə yetərincə D vitamini qazanmaq üçün 6 üsul təqdim edir:
Günəşdən faydalanmaq: D vitaminli qidaları nə qədər qəbul etsəniz də, gündəlik ehtiyacınızın maksimum 20 faizini qarşılaya bilərsiniz. Qalan ehtiyatı isə günəş vannası qəbul etməklə əldə etmək olar. Qol və ayaqların qoruma olmadan günəş şüalarına məruz qalması tövsiyə olunur. Açıqdərili adamlar gündə 15-20 dəqiqə, tünd rəngli dəriyə sahib olanlar isə 30-45 dəqiqə günəş vannası qəbul edə bilər. Daha çox Günəş altında qalacaqsanızsa, qoruyucu kremlərdən istifadə edilməlidir.
Bu qidaları unutmamaq: Qızılbalıq, siyənək, ton, skumbriya kimi yağlı balıqlar D vitamini mənbəyidir. Bununla yanaşı, bir çox göbələklər gündəlik vitamin tələbatını ödəyə bilər.
Yuxu rejiminə əməl etmək: Düzgün yuxu D vitaminindən daha çox faydalanmağa kömək edir. Araşdırmalar nəticəsində məlum olub ki, gündə 5 saatdan az yatanlarda D vitamini az olur.

İdeal çəkini qorumaq: Artıqçəkili insanlar D vitamini çatışmazlığı təhlükəsi ilə üz-üzədirlər. Onlar Günəş işığı alsalar da, dəridə D vitamini istehsalı azalır, çünki yağ hüceyrələrində "həbs edilmiş" vitaminin təsiri olmur.
Dərmanlara diqqət etmək: İstifadə etdiyiniz bəzi dərmanlar D vitamininin miqdarını azalda bilər. Xüsusilə, epilepsiya, göbələk infeksiyası, AİDS dərmanları istifadə edənlər D vitamini səviyyəsini nəzarətdə saxlamalıdırlar.
D vitamin səviyyəsini yoxlatdırmaq: İldə iki dəfə orqanizmdə D vitamini və kalsium səviyyəsini yoxlatmaq tövsiyə olunur. Vitamin qəbulu həkim məsləhəti ilə olmalıdır. Ampula formasında D vitamini qəbulu həyati təhlükə yarada bilər. Ona görə də vitaminin damcı şəklində qəbulu tövsiyə olunur.
Interesting facts scroll top