» » TƏHSİLLİ OLMAQ bu xəstəliklərdən qoruyur

TƏHSİLLİ OLMAQ bu xəstəliklərdən qoruyur


#MARAQLI

Təhsilli olmaq infakt riskini 1/3 dəfəyə qədər azaldır.
ucarliyiq.biz xəbər verir ki, Oksford Universiteti alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
500 mindən çox adam üzərində aparılan tədqiqatın nəticəsinə görə, məktəb illərindən sonra 3.6 il əlavə təhsil almaq ürək xəstəlikləri riskini 33 faiz azaltmaq üçün kifayətdir.

Alimlər bunu təhsilli insanların daha az siqaret çəkmələri, düzgün qidalanmaları və bədən çəkilərini daim nəzarətdə saxlamaları ilə izah edirlər.
Təhsil gəlirli yaxşı iş tapma şansını artırır. Dolayısı ilə bu imkan sağlamlığınıza diqqət göstərmək şansını artırır. Hətta ürək xəstəliyinə genetik meyilliliyi olan insanlar belə təhsil aldıqdan sonra vəziyyətləri daha yaxşı olur.
Alimlərin qənaətinə görə, təhsilsiz insanlar özlərindən və gələcəklərindən daha az əmin olurlar. Bu da inkişaf riskini artırır. Bu həm də hormonların səviyyəsinə təsir göstərir, bədəndə iltihabi proseslərin meydana gəlməsinə səbəb olur.
Tədqiqatın nəticəsi "British Medical Journal"da dərc edilib. (publika.az)
Interesting facts scroll top