» » Melanom xərçənginə yeni müalicə

Melanom xərçənginə yeni müalicə



Elm insanları, ən ölümcül dəri xərçəngi tipi olan melanom xərçəngini dayandırıb digər orqanlara keçməsinə mane ola biləcək bir üsul hazırladıqlarını açıqlayıblar.
Avstraliyalı tədqiqatçılar xərçəngin ən ölümcül tiplərindən biri olan melanom xərçəngini dayandırıb digər orqanlara təsir etməsinə mane ola biləcək bir üsul tapdıqlarını bildiriblər.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, melanom İnstitutu tərəfindən edilən açıqlamada, 12 ay müddətində aparılan beynəlxalq analizlərdə, melanom xərçənginin gələcək mərhələlərində 2 dərmanın bir kombinasiyanın, xərçəngin yayılmasına yol açan BRAF genini dayandırmağa nail olduğu müəyyən edilib.
COMBI-AD adı verilən yeni üsul ilə üçüncü mərhələyə çatmış melanom xərçənginin yenidən yaranmasının da əngəllədiyi və xəstənin xilas olmaq şansının artdığı müəyyən olunub. Müalicənin ikinci mərhələsində isə, immun sisteminin gücləndirilərək melanoma hüceyrələrinin məhv edilməsi məqsədi güdülür.
Interesting facts scroll top