» » Avro-2017: Rəqiblərimizin oyununda Polşa sevindi, Türkiyə Rusiyaya qarşı - YENİLƏNİR - FOTO

Avro-2017: Rəqiblərimizin oyununda Polşa sevindi, Türkiyə Rusiyaya qarşı - YENİLƏNİR - FOTO

23:52
Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində ikinci yarış günü başa çatıb.
ucarliyiq.biz Trend-ə istinadən  nəticələri təqdim edir:
A qrupu
Polşa - Macarıstan 3:1
B qrupu
Gürcüstan - Xorvatiya 1:3
İtaliya - Belarus 3:1
C qrupu
Bolqarıstan - Ukrayna 3:2
Türkiyə - Rusiya 1:3
D qrupu
Çexiya - Belçika 3:1
Serbiya - Hollandiya 3:0
Sabah "A" qrupunda Azərbaycan - Polşa, Almaniya - Macarıstan, "B" qrupunda Gürcüstan - Belarus, Xorvatiya - İtaliya, "C" qrupunda Bolqarıstan - Türkiə, "D" qrupunda Belçika - Serbiya, Çexiya -Hollandiya oyunları keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda - A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.
23:11
Rusiya komandası Türkiyə ilə qarşılaşmanın üçüncü setini 25:23 hesabı ilə başa vuraraq hesabda yenidən irəli çıxıb. 
22:24
Türkiyə komandası Rusiya ilə oyunda hesabı bərabərləşdirməyə nail olub.
İkinci setdə daha inamlı təsir bağışlayan Türkiyə voleybolçuları rəqiblərinə 25:20 hesabı ilə qalib gəliblər.
22:08
Rusiya komandası Türkiyə ilə qarşılaşmada 1:0 (25:23) hesabı ilə önə çıxıb.
Xatırladaq ki, bu qrupda Rusiya və Türkiyə ilə yanaşı, Bolqarıstan və Ukrayna komandaları yer alır.
21:48
Qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci gününün son oyunu "C" qrupunda yer alan Türkiyə və Rusiya komandaları arasında keçirilir.
ucarliyiq.biz AZƏRTAC-a istinadən bildirir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdən əvvəl Türkiyənin və Rusiyanın dövlət himnləri səsləndirilib.
Xatırladaq ki, günün ilk qarşılaşmasında Bolqarıstan voleybolçuları 3:2 hesabı ilə Ukrayna yığmasına qalib gəlib. Növbəti oyunda isə Polşa komandası Macarıstan voleybolçularını 3:1 hesabı ilə məğlub edib.
* * * 
Bu gün Tbilisidə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində "B" qrupunda İtaliya və Belarus komandaları qarşılaşıblar.
ucarliyiq.biz AZƏRTAC-a istinadən bildirir ki, Tbilisidəki Yeni İdman Sarayında keçirilən oyun yerli vaxtla 20:00-da başlayıb.
Maraqlı keçən oyun italyanların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İtaliya yığması birinci setdə 27:25, ikinci setdə isə 25:18 hesablı qələbə qazansa da, üçüncü setdə 18:25 hesabı ilə məğlub olub. Dördüncü set həlledici olub. Bu seti 25:21 hesabı ilə başa vuran İtaliya komandası Avropa çempionatında ardıcıl olaraq ikinci qələbəsini qazanıb - 3:1.
Sentyabrın 23-də İtaliya yığması Xorvatiya, Belarus voleybolçuları isə Gürcüstan komandası ilə qarşılaşacaqlar.
21:47
Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatında günün ikinci oyununda "A" qrupunda komandamızın rəqibləri olan Polşa və Macarıstan voleybolçuları üz-üzə gəliblər.
ucarliyiq.biz AZƏRTAC-a istinadən bildirir ki, Bakıda Milli Gimnastika Arenasında maraqlı idman mübarizəsi şəraitində keçən matç Polşa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün birinci setində daha dəqiq oynayan polşalılar 25:22 hesabı ilə qalib gəliblər. Qarşılaşmanın ikinci hissəsində əzmkarlıq nümayiş etdirən macarıstanlı voleybolçular hesabı bərabərləşdiriblər - 25:19. Görüşün üçüncü setində təşəbbüsü ələ alan polşalı voleybolçular hissəni öz aktivlərinə yazıblar - 25:17. Dördüncü setin əvvəllərində Macarıstan yığmasının hesabda yeddi top fərqi ilə irəli çıxmasına baxmayaraq, Polşa millisi hissənin ortalarında üstünlüyü yiyələnərək seti öz xeyirlərinə tamamlayıb - 25:18.
Beləliklə, rəqiblərini 3:1 hesabı ilə məğlub edən polşalı voleybolçular turnirdə ardıcıl ikinci qələbələrini qazanıblar.
Sentyabrın 24-də bu qrupda yer alan Azərbaycan komandası Polşalı voleybolçularla qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.
19:46
Qadın voleybolçular arasında Avro-2017 davam edir.
ucarliyiq.biz apasport.az-a istinadən xəbər verir ki,Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında bu gün növbəti oyunlar keçiriləcək.
Millimizin yer aldığı A qrupunda 1 görüş baş tutacaq. Dünən yığmamıza məğlub olan Macarıstan komandası Almaniya üzərində çətin qələbə qazanan Polşa sınağına çıxacaq.
Əksər komandalar II tur matçını keçirəcəksə, C qrupunda yer alan Türkiyə ilə Bolqarıstan turnirə məhz bu gün start verəcəklər. Türklər ilk görüşlərində Ukraynanı böyük çətinliklə məğlubiyyətə uğradan Rusiya ilə üz-üzə gələcək.
A və C qrupunun matçları Bakıda, B qrupunun görüşləri Tiflisdə, D qrupunun oyunları isə Gəncədə baş tutacaq.
Ümumiyyətlə, bu gün ikinci qələbəsini qazanacaq komandaların qrupda qalmayacağı rəsmiləşəcək və onlar ən azı pley-offa vəsiqəni təmin edəcəklər.
Avro-2017
Qrup mərhələsi
II tur
A qrupu 
Polşa - Macarıstan - 1:0 (25:22)
1
Azərbaycan
1
1
0
3-0
75-53
3
2
Polşa
1
1
0
3-2
106-93
2
3
Almaniya
1
0
1
2-3
93-106
1
4
Macarıstan
1
0
1
0-3
53-75
0
B qrupu
Gürcüstan - Xorvatiya - 1:3 (12:25, 13:25, 25:23, 23:25)
20:00. İtaliya - Belarus
1
İtaliya
1
1
0
3-0
75-38
3


Avro-2017: Rəqiblərimizin oyununda Polşa sevindi, Türkiyə Rusiyaya qarşı - YENİLƏNİR - FOTO








































scroll top