» » 3-ü birlikdə: Dad verir, iştahanı artırır və SAĞLAMLIĞI QORUYUR

3-ü birlikdə: Dad verir, iştahanı artırır və SAĞLAMLIĞI QORUYUR


#MARAQLI

Əvvəlcədən gözlərinin yaşını bəhanə edib soğandan imtina edənlər üçün kiçik bir tövsiyəni qeyd edək. Soğanı soyarkən və doğrayarkən gözlərin yaşarmaması üçün onu axar suyun altında soymaq, doğrayanda isə bıçağı su ilə islatmaq lazımdır.
ucarliyiq.biz modern.az-a istinadən soğanın faydaları haqqında yazını təqdim edir.

Mətbəximizdə gündəlik istifadə olunan soğan xörəklərə dad vermək və iştaha artırmaqla yanaşı, sağlamlıq üçün də olduqca faydalıdır.
Soğanın kimyəvi tərkibinə çoxsaylı faydalı maddələr daxildir. Onun tərkibində insan orqanizmi üçün vacib olan A, C, PP, B qrup vitaminləri, o cümlədən karotin var. Bütün bu vitamin kompleksi müxtəlif orqanların fəaliyyətinə müsbət təsir göstərir.
A vitamini böyrəküstü və qalxanvari vəzinin fəaliyyətini stimullaşdırır.
C və PP vitaminləri orqanizmi yolxucu xəstəliklərdən qoruyur və immunitetin güclənməsinə kömək edir.
B və B2 vitaminləri həzm orqanlarının fəaliyyətinə, ürək-damar sisteminə, o cümlədən mübadilə proseslərinə müsbət təsir göstərir. Soğandan çox zaman qidada iştah üçün istifadə edirlər. Çünki soğanın tərkibində olan B vitamini həmçinin piylərin və karbohidratların daha tez mənimsənilməsinə kömək edir, B2 vitamini isə insanın enerji potensialının qorunmasına cavab verir. İnsan yorulduqda, zəiflik və əzginlik hiss etdikdə tərkibində təzə soğan olan bir sadə salat onu yorğunluqdan qurtara bilər.
Soğanın xəstəlik törədən mikroorqanizmlərlə mübarizə aparmaq qabiliyyəti haqqında yəqin ki, hamı bilir. Bu xüsusiyyət soğanın tərkibində xüsusi maddələrin, fitonsidin olmağı ilə təmin olunur. Fitonsidlərin mokroorqanizmləri məhv etmək və ya onların difteriya, qarayara və vərəm xəstəliklərinin törədicilərinin yaranması və inkişafını dayandırmaq qabiliyyəti vardır.
Soğanın tərkibində müxtəlif azotlu maddələr, bəzi şəkərlər, həmçinin qlükoza, fruktoza, saxaroza və maltoza var.
Bundan əlavə soğan insan orqanizmi üçün çox vacib olan kalsium, mis, dəmir və fosforla zəngindir. Dəmir qanın tərkibinin yaxşılaşmasına kömək edir, kalsium isə sümük toxumasını möhkəmləndirir.
Soğan qanda şəkərin miqdarını aşağı salır.
Yüksək qan təzyiqi olanlar üçün soğan faydalıdır.
Soğanın bəlğmgətirici xüsusiyyəti var, o həm də soyuqdəymə, bronxit və öskürəyə qarşı xeyirlidir.
Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərən soğan, orqanizmin zərərli maddələrdən təmizlənməsində də rol oynayır.
Xərçəng xəstəliklərinin profilaktikası üçün müntəzəm olaraq soğandan istifadə etmək ən yaxşı vasitələrdən biridir
Cinsi fəaliyyətin artırılması üçün soğandan istifadə etmək məsləhətdir.
Soğan böyrəklər üçün də olduqca faydalıdır. Böyrək ağrılarında, böyrəklərdə və sidik kisəsində qum və daşların təmizlənməsində soğandan istifadə olunur.
Əlavə problemlərin ortaya çıxmaması üçün digər qida məhsulları kimi soğandan da qədərində istifadə etmək lazımdır.
scroll top