» » Azərbaycanlı aparıcı: "Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki..." - FOTO

Azərbaycanlı aparıcı: "Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki..." - FOTO

ATV-nin tanınmış aparıcısı və "Ailəcanlı" serialında Sevgi obrazını canlandıran Zümrüd Bədəlova hesab edir ki, kişilər həyasız qadınlara heç zaman xəyanət etmir.
ucarliyiq.biz bildirir ki, publika.az-ın "Üç nöqtə" layihəsinin qonağı olan Zümrüd Bədəlova onu narahat edən məqamlara toxunub.
- İndiki ağlım olsaydı...
- Ərə getməzdim.
- Zəmanət verə bilərəm ki...
- Qızımı təhsilli böyüdürəm.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Qadınları daha yaxşı iş və maaşla təmin edərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Həyasız qadınlara xəyanət edə bilmirlər, çünki qorxurlar.
- Seviləsi qadın olmağın ilkin şərti...
- Səmimi olmalısan.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Çünki qocaldıqlarını hiss edəndə depressiyaya düşürlər.
- Qadına qarşı şiddət...
- Rüsvayçılıqdır.
- Vicdanıma and olsun ki...
- Həyatda bircə dəfə sevmişəm.
- Təəssüf edirəm ki...
- İndi istedadı olanlara layiq olduqları qiyməti vermirlər.
- Vanqa nənə ilə görüşsəydim...
- 10 il sonra həyatımda nə olacağını soruşmaq istəyərdim.
- Küsülü olduğum insana demək istəyirəm ki...
- Mənimlə küsülü olmaq onun üçün şərəfdir (Gülür).
- Unuda bilmədiyim sevgilim bilməlidir ki...
- Bir də mənim qarşıma çıxmasın.


scroll top