» » "Faytonçu" Nazimi əməliyyat edən həkimin və klinikanın əmlaklarına həbs qoyuldu

"Faytonçu" Nazimi əməliyyat edən həkimin və klinikanın əmlaklarına həbs qoyuldu

"Faytonçu" Nazimi əməliyyat edən həkimin və klinikanın əmlaklarına həbs qoyuldu

#ŞOU-BİZNES
#MƏHKƏMƏ
"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.
ucarliyiq.biz bildirir ki, bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib. Vəkil bildirib ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıbb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi Rayon Prokurorluğuna müraciət edib.
scroll top