» » TVR-dən 500-güclü kupe - FOTO

TVR-dən 500-güclü kupe - FOTO

TVR-dən 500-güclü kupe - FOTO
Avtomobil aləminin avtomatlaşdığı və elektrikləşdiyi bir dövrdə dünyaya TVR kimi şirkətlər lazımdır. Sirr deyil ki, Britaniya istehsalçısı öz idman avtomobilləri ilə məşhurlaşıb.
ucarliyiq.biz auto.az-a istinadən bildirir ki, yeni sportkar TVR Griffith təsadüfən belə ad almayıb. Britaniya brendinin istənilən pərəstişkarından soruşsanız deyəcək ki, bu, markanın keçmişdə ən sevimli avtomobillərindən biridir.
Yenilik təqdim edilməmişdən əvvəl də güman edilirdi ki, avtomobil güclü mühərrik alacaq. Yeni idman kupesi TVR Griffith-in kapotu altında 5,0-litrlik Cosworth V8 aqreqatı dayanır ki, o, 500 (506) a.g.-ə malikdir.






scroll top