» » Kimyaterapiyasız müalicə

Kimyaterapiyasız müalicə



Alimlər dərmanlara qarşı müqavimət göstərən AML xərçəng növünün müalicəsində kimyaterapiya tətbiq olunmadan ümidverici nəticələr əldə etdi. Başqa şansı qalmayan xəstələr üçün yeni müalicə böyük inkişafdır.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, Belçikada yerləşən biofarmasotik şirkəti Celyad, CAR-T hüceyrəsi müalicəsinin texnikasını hazırladığı THINK adlı işinin təcrübələrində akut miyeloid leykemiya (AML) üçün ümidverici nəticələr əldə etdiyini açıqladı. Celyadın yeni müalicə formasını sınadığı xəstənin ağır əks təsirləri olan kimyaterapiya almadan müalicə olduğu açıqlandı. Miyeloblast adı verilən və normal qan hüceyrələrinə (qırmızı qan hüceyrələrinə, trombositlərə) çevrilməsi lazım olan hüceyrələrin çoxalmasının pozulması ilə yaranan AML, dərman müalicəsində müqavimətli bir xərçəng növü olaraq bilinir.
30 avqustda Amerikan Qida və Dərman Agentliyi (FDA) tərəfindən təsdiqlənən CAR-T hüceyrə müalicəsində, geni dəyişdirilmiş bir hüceyrə sayəsində bədənin immun sisteminin işlədilməsi məqsəd qoyulur. Laboratoriya mühitində genetik quruluşu dəyişdirilən hüceyrə bədənə köçürülür və immunitet xərçəngli hüceyrələrlə mübarizə etməyə başlayır. Celyadın CEOi Kristian Homsi verdiyi şərhdə bildirib: "CYAD-01 adlı məhsulumuz ilə əldə etdiyimiz ilk kliniki nəticələrdən olduqca xoşbəxtik". Homsi bu nəticənin xəstənin kimyaterapiya ya da başqa bir müalicə tətbiq olunmadan əldə edildiyini vurğuladı.
 
Ümumdünya Sağlamlıq Təşkilatının beynəlxalq xərçəng araşdırmalarını icra etdiyi GLOBOCAN adlı layihəsində 2012-də dünyada 351 965 AML xəstənin olduğu müəyyən edilmişdi. Bu anda yalnız ABŞ-da 20 min insanın AML xəstəsi olduğu bilinir. Avropadakı AML hadisələrinin də 20 minə yaxın olduğu qeyd edilir.
scroll top