» » Sümüklərimiz niyə əriyir? - Qorxulu xəstəliyin yaranma səbəbləri

Sümüklərimiz niyə əriyir? - Qorxulu xəstəliyin yaranma səbəbləri



Tibdə osteoporoz, xalq arasında isə sümük əriməsi adlandırılan xəstəlik, proteinin azalması nəticəsində yaranır.
 
ucarliyiq.biz medicina.az-a istinadən bildirir ki, bu zaman sümük toxuması zədələnir və dayanıqlılığını itirir.
Son zamanlar yaşlı insanlarda daha çox rast gəlinir. Sümük əriməsinin bir çox səbəbləri var.
Şəkərli diabet xəstələri, erkən klimaks keçirən qadınlar, günəş işığından məhrum qalanlar, siqaret və spirtli içkilərdən çox istifadə edənlər, hərəkətsiz qalanlarda bu xəstəlik daha çox müşahidə olunur.
 
Onurğa hissəsində ağrılar, diş əti problemləri, dişlərin itirilməsi, bel ağrıları, çiyin hissələrində yumrulaşma isə xəstəliyin göstəriciləridir. Erkən diaqnoz qoyularsa xəstəliyi müalicə etmək mümkündür.
Mütəxəssislər belə xəstələrin günəş şüalarını çox qəbul etməsini məsləhət görürlər. Maqnezium və C vitamininin qəbulu da xəstəliklə mübarizəyə müsbət təsir göstərə bilər. Əgər toxumada problem yaranıbsa bu vəziyyəti düzəltmək yetəri qədər çətindir.
Xəstəliyin iki fərqli müalicə üsulu var. Bunlardan ilki ostrojen müalicəsidir. Əgər xəstəlik çox irəliləməyibsə bu zaman xəstəliyi dayandırmaq üçün qabaqlayıcı tədbirlər alınır.

İkinci müalicə üsulu isə xəstələrin fiziki terapiya ilə müalicə etməkdir.
Qeyd edək ki, limon, yulaf, balıq, badam, qatıq, yaşıl çay kimi qidaların qəbulu tövsiyə edilir.
scroll top