» » Diqqəti inkişaf etdirən 5 ÜSUL

Diqqəti inkişaf etdirən 5 ÜSUL

Diqqəti inkişaf etdirən 5 ÜSUL
Çətin və ya maraqsız bir işi həyata keçirmək məcburiyyətində qalan insanlar diqqət toplamağın nə qədər çətin olduğunu çox yaxşı bilir. Ancaq diqqəti artırmağı təmin edən bəzi elmi üsullar da mövcuddur ki, bununla işləriniz daha asan hala gələ bilər.
ucarliyiq.biz həmin üsulları təqdim edir.
Fikir dağıtmaq
Gördüyünüz iş üzərində diqqət toplamaqda çətinlik çəkirsinizsə, beyninizdəki artıq fikirləri dağıtmaq üçün qısa müddətə başqa bir iş görməyə çalışın.
Psixoloqlar insanın zamanının təxminən 50%-ni gördüyü işdən əlavə fərqli şeylər düşünərək keçirdiyini söyləyir. Bu halda zehindəki əlavə fikirləri yox etmək beyinin bir işdə daha yaxşı işləməsinə yardımçı olur.
Vahid bir işə fokuslanmaq üçün beyinin bəzi bölgələrinin bir-birilə sıx bağlantı qurması vacibdir. Məsələn, beynin ön qismindəki qırışlardan əmələ gələn frontal korteks bölgəsi diqqət dağıdan şeylərə qarşı dirənmək və daha əyləncəli işlərlə məşğul olmaq üçün instinktlərimizə nəzarət etməyi təmin edir.
Bu bağlantıları işlək vəziyyətdə saxlamaq üçün beyinin aktiv olan qisimlərindən daha çox eneji istehsal etməsi tələb edilir. Ancaq məcburiyyət qarşısında qalıb gün ərzində bu enerjini xərcləyirik və təbii olaraq yoruluruq. Beləliklə, fikrimiz başqa sahələrə yönəlir və diqqətimiz dağılır.
Belə məcburi durumdan qaçmaq mümkünsüzdür. Ona görə də beynimizin istəyimizə uyğun olan şeyləri düşünməsini təxirə salmaqla diqqətimizi digər işlərə verə bilərik. Bununla da vacib, amma sıxıcı olan işimiz keyfiyyətli alınar.
Yekun olaraq, məşğul olduğunuz işdə diqqətiniz dağılırsa, beyninizi məşğul edən başqa bir işə keçin və onu həll etməyə çalışın. Sonra da vacib işinizə geri qayıdın.
Əyləncəyə zaman ayırmaq
İş yerində zarafat etmək məhsuldarlığı artırır. Gülməli və əyləncəli videolar izləmək və ya yoldaşlarla qısa söhbətlər etmək qısa fasilədən sonra işə geri qayıdarkən öz müsbət effektini göstərir.
Əyləncəli videoların və söhbətlərin diqqət dağıtması iddiası psixoloqlar tərəfindən təkzib edilib. Onlar bunun əksinə olaraq, əyləncəyə qısa müddətlik vaxt ayırmağın beyini işə davam etməyə hazırladığını bildiriblər.
İşinizi həddən artıq sevsəniz belə, çətin işə uzun müddət fokuslanmaq iradə tələb edir. İradə gücünü artırmağın bir yolu da gülməkdir. Aparılan araşdırmalar əyləncəli video izləyənlər üçün izləməyənlərə nisbətən çətin bir tapmacanı həll etməsinin daha asan olduğunu ortaya qoyub. Bu səbəbdən iş yerlərində daha zarafatcıl bir abu-hava yaratmaqla məhsuldarlığı və gümrahlığı təmin etmək mümkündür.




scroll top