» » Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR - FOTO

Hər nə qədər "iki insanın bildiyi şey sirr deyil" desək də, dünyada sadəcə iki insanın bildiyi 7 sirr mövcuddur.
ucarliyiq.biz həmin sirləri təqdim edir.
"Coca-Cola"nın tərkibi
Bu içki bir çox markaları üstələyərək dünya lideri olmağı bacarıb. İçkinin nədən hazırlanması isə hər kəsin maraq dairəsindədir. Lakin tərkibin sirrini yalnız iki insan bilir.
Bəzi iddialara görə, bu iki insan da yalnız tərkibin yarısını bilir və ancaq onlar bir araya gələn zaman əsl içkinin formulu ortaya çıxır. Tərkibin orijinal variantı Atlantadakı "Suntrust" bankında saxlanılır.
Şirkət sirri bilən iki insanın eyni təyyarədə və ya eyni nəqliyyatda səyahət etməsini qadağan edib. Buna səbəb isə, təxmin edə biləcəyiniz kimi, ikisinin də eyni anda ölməsinə və ya öldürülməsinə əngəl olmaqdır.
"KFC"-nin ədviyyat qarışığı
"Kentuckuy Fried Chicken" məşhur fastfud restoranlar zəncirindən biridir. Bu restoranın ən məşhur və özünəməxsus təamı isə ətlərə vurulan ədviyyat qarışığıdır. 11 ədəd fərqli ədviyyatdan hazırlandığı bildirilən qarışığı sadəcə markanın idarə heyətindəki iki nəfər bilir.
"Berglas" effekti
Hələ də sirri çözülməmiş ən qədim və təsirli kart oyunlarından biri olan "Berglas" effekti sehrbaz Devid Berqlas tərəfindən kəşf edilib. Oyunun sirrini ixtiraçının özündən başqa təkcə şagirdi Mark Paul bilir. Sehrbaz səhnəyə 3 tamaşaçı dəvət edir. Birinci tamaşaçıya 52 kartlıq dəstə verir və ikinci tamaşaçıya ağlında bir kart tutmasını tapşırır, üçüncü tamaşaçıya isə 1-dən 52-yə qədər bir rəqəm deməsini istəyir. İkinci və üçüncü tamaşaçı fikirlərində tutduğu rəqəmi və kartı deyir. Sehrbaz kart dəstəsinə toxunmadan kart dəstəsinin söylənilən rəqəmə qədər sayılmasını istəyir. Beləliklə, üçüncü tamaşaçının ağlında tutduğu kart həmin sayda ortaya çıxır.






scroll top