» » Dünyanın ən qəribə kolleksiyaları - FOTO

Dünyanın ən qəribə kolleksiyaları - FOTO

Bəzi insanlar uşaqlıq zamanlarından sevdiyi və dəyər verdiyi əşyalarını zaman keçdikcə istifadəsiz qalsa da, yığıb saxlayırlar. Kolleksionerlər hansı yaşda olursa-olsunlar, yığdığı əşyalarına hər şeydən çox dəyər verirlər.
ucarliyiq.biz bildirir ki, elə insanlar da vardır ki, kolleksiya etdiyi əşyalarla insanları heyrətə salır. Həmin kolleksiyalardan bir neçəsini təqdim edirik.
Şərab kolleksiyası
Fransada yaşayan Maykl Cek Çasseul bir şərab kolleksioneridir. O, saxladığı "La Chapelle-Baton" adlı kolleksiyasına dünyanın ən nadir və prestijli şərablarını daxil edib. Onun kolleksiyasında hazırda 40 min şərab şüşəsi var.
Barbi kolleksiyası
Sinqapurda yaşayan Jian Yanq 6 mindən çox barbi oyuncağı toplayaraq kolleksiya edib. Kolleksiyaya maraq doğuran ikinci səbəb isə oyuncaqların bir kişi tərəfindən toplanmasıdır.
Supermen kolleksiyası
Filippində yaşayan Herbert Çavez adlı oğlan Supermen oyuncağının kolleksiyasını yığmaqla yanaşı, həmin obraza bənzəmək üçün onlarla estetik əməliyyat etdirib.
Simpsonlar kolleksiyası
Merthir Tudfil dünyanın ən böyük Simpsonlar kolleksiyasına sahib yeganə kolleksionerdir.






scroll top