» » Limonun İNANILMAZ FAYDALARI

Limonun İNANILMAZ FAYDALARI

Limonun İNANILMAZ FAYDALARI
"Dünyanın 8-ci möcüzəsi" adlandıra biləcəyimiz limon çeşidli yemək və içkilərdə istifadə olunan əvəzsiz bitkidir.
ucarliyiq.biz xəbər verir ki, limon qida dəyərindən əlavə faydaları da mövcuddur.
1. Təmizləyici kimi
Limonun qabığını soyub həmin qabıqları 150 ml suda bir gecə saxlayın. Səhər həmin qarışığa 150 ml su əlavə edin və bir qaba tökün. Alınan məhlulu evinizin təmizliyi zamanı müxtəlif yerlərdə istifadə edə bilərsiniz.
2. Mətbəx taxtasını təmizləmək
Mətbəxdə doğramaq üçün istifadə etdiyiniz taxtanı kiimyəvi təmizləyicilər əvəzinə, limonla təmizləyə bilərsiniz. Bu üsul daha sağlam və praktikdir.
3. Ağ paltarlardakı ləkələri məhv edir
Ağ paltarları və yataq örtüklərindəki ləkələri limon suyuna karbonat qarışdırmaqla yox edə bilərsiniz. Bu əməliyyatı paltarları paltaryuyana atmazdan öncə etməlisiniz.
4. Manikür zamanı
Limon suyu dırnaqları möhkəmləndirmək üçün əvəzedilməz vasitədir. Manikür zamanı yarım limonun suyunu ilıq suya əlavə edin və həmin suda əllərinizi 10 dəqiqə saxlayın.







scroll top