» » Dubayda "kişiyə toxunduğuna" görə məhkəməyə verildi - FOTO

Dubayda "kişiyə toxunduğuna" görə məhkəməyə verildi - FOTO

Dubayda "kişiyə toxunduğuna" görə məhkəməyə verildi - FOTO
Şotlandiyalı kişi Dubayda əlini başqa bir kişinin yambızına qoyduğu üçün məhkəməyə düşüb.
Bu hərəkətə görə yerli qanunvericilikdə üç ilədək həbs cəzası nəzərdə tutulur.
ucarliyiq.biz BBC-yə istinadən bildirir ki, Şotlandiyanın Stirling şəhərinin sakini Ceymi Herron bazar günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş məhkəmə iclasına dəvət olunmuşdu.
27 yaşlı C.Herron ictimai yerdə özünü ədəbsiz aparmaqda ittiham olunur.
Hadisə Dubayda iyulun 15-də "Rock Bottom" barında baş verib.
Bundan əvvəlki məhkəmə iclasına gəlmədiyi üçün onun həbs ediləcəyi qorxusu var idi.
Herron iclasdan sonra sərbəst buraxılıb, lakin ona bildirilib ki, növbəti dinləmələri nəzərə alaraq şəhəri tərk etməməlidir.
O, Dubayda iyulun 15-də Rock Bottom barında olub.





scroll top