» » Məşhurlar ilk məhəbbətlərini etiraf etdilər - VİDEO – FOTO

Məşhurlar ilk məhəbbətlərini etiraf etdilər - VİDEO – FOTO

Məşhurlar ilk məhəbbətini belə xatırlayır.
ucarliyiq.biz bildirir ki, "ARB Ulduz"un "Virtual həyat" proqramında maraqlı sorğu keçirilib.
Belə ki, bu sorğuda məşhurlar ilk sevgilərindən söz açıb.
Tanınmış simaların əksəriyyəti ilk məhəbbətin, ilk sevginin məktəbdə oxuyarkən və ya bağçaya gedərkən yarandığını etiraf ediblər.
Yaşar Yusub: "İlk məhəbbətim məktəbdə oxuyarkən, birinci sinifdə olub. Bir qız var idi, onu sevirdim. Adını deməyəcəm. Artıq ailəsi var. Uşaqlıq sevgisidir də. Bəlkə, bağçada da olub. Ancaq məktəbi xatırlayıram".
Elnarə Xəlilova: "İlk məhəbbətim birinci sinifdə olub. Göygöz oğlanıydı. Parta yoldaşımıydı. Hamıda bu cür olur, məndə də belə olub".
O dövrkü hislərin, sadəcə, müvəqqəti duyğular olduğunu söyləyən məşhurlar geriyə baxıb uşaqlıq sevgilərini yada saldılar.



scroll top