» » Xaricdə pulsuz təhsil ala biləcəyiniz ƏN YAXŞI UNİVERSİTETLƏR - FOTO

Xaricdə pulsuz təhsil ala biləcəyiniz ƏN YAXŞI UNİVERSİTETLƏR - FOTO

Xaricdə təhsil almaq çox insanın arzusu olsa da, bu təhsil və yaşayışın tələb etdiyi xərclər üzündən elə arzu olaraq qalır. Lakin dünyada ödənişsiz və ya cüzi məbləğ qarşılığında keyfiyyətli təhsil verən universitetlər də mövcuddur.
ucarliyiq.biz həmin universitetləri təqdim edir.
1. Tallin Texnologiya Universiteti (Tallinn University of Technology) - Estoniya
Bu universitet Estoniyada yerləşən yeganə texnologiya universitetidir.
2. Mərkəzi Avropa Universiteti (Central European University) - Macarıstan
Bu universitet Macarıstanın paytaxtı Budapeştdə yerləşir. Olduqca zəngin kitabxanaya malik olan təhsil ocağının masterlərinin 80%-i, doktorların 92%-i 100% təqaüdlə təhsil alır.
3. Bremen Universiteti (University of Bremen) - Almaniya
1971-ci ildə qurulan Bremen Universiteti Almaniyada "elit universitet" siyahısında yer alan 11 təhsil ocağından biridir. Bütün sessiya və ali proqramlara, şəhərdaxili nəqliyyat daxil olmaqla, hər semester üçün 275 avro ödəyərək burada təhsil ala bilərsiniz.
4. Milli Tədqiqat Universitetinin İqtisadiyyat Məktəbi (National Research University Higher School of Economics) - Rusiya
Rusiyanın paytaxtı Moskvada yerləşən universitetdə bütün doktorantura fakültələri ödənişsizdir.
5. Alto Universiteti (Aalto University) - Finlandiya
Finlandiyanın paytaxtı Helsinkidə yerləşən universitetdə bütün təhsil proqramları ödənişsizdir.






Xaricdə pulsuz təhsil ala biləcəyiniz ƏN YAXŞI UNİVERSİTETLƏR - FOTO



scroll top