» » Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır - FOTO

Ata qızını süd içmədiyinə görə evdən qovdu, uşaq 1 həftədir tapılmır - FOTO

Südünü içib bitirmədiyinə görə atasının evdən qovduğu 3 yaşlı qız 1 həftədir ki axtarışdadır.
ucarliyiq.biz Britaniya mediasına istinadla bildirir ki, hadisə Amerikanın Texas ştatının Riçardson şəhərində baş verib.
37 yaşlı Uesli Metyuz 3 yaşlı qızı Şerin Metyuzu sütünü içib bitirmədiyinə görə cəzalandırmaq məqsədi ilə çölə qoyub.
15 dəqiqə sonra qızını qoyduğu yerə gələn ata onu tapa bilməyib. O, təxminən 5 saat sonra narahat olaraq polislərə xəbər verib.


scroll top