» » İlan yağının faydaları

İlan yağının faydaları



Bir çox narahatlıqlara qarşı yaxşı təsir edən, immun sistemini gücləndirən, saç tökülməsini önləyən ilan yağının faydaları:
- Bir çox sümük ağrısına qarşı yaxşı təsir göstərir. Artrit, oynaq ağrısı, əzələ ağrıları kimi bir çox xroniki sümük ağrısı növünə qarşı fayda verir. Tərkibində olan Omeqa 3 yağ turşuları sayəsində sərt oynaqları boşaldar, iltihabı azaldır.
- Yaraların yaxşılaşmasını sürətləndirir. Müntəzəm istifadə ediləndə yaraları yaxşılaşdırır.
- Ürək sağlamlığını qoruyur. Omeqa 3 yağları sayəsində infarkt və iflic keçirmə riskini azaldaraq ürəyi qoruyur. Eyni zamanda ürək ritmini də nizamlayır.
- Dəriyə yaxşı təsir edir. Dərini nəmləndirir və qoruyur.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, dəridəki soyulma, çatlama ya da iltihablanmağa qarşı faydalı bir yağdır. Dəridəki iltihablanmağı yüngülləşdirir. Dərinin daha sağlam və daha gənc görünməsinə kömək edir.
- İmmuniteti gücləndirir. Məzmununda olan qoruyucu mürəkkəblər sayəsində immunitetə təsir edərək xəstəliklərə qarşı qorunmanı təmin edir.
- Depressiyaya qarşı yaxşı təsir göstərir. Ruh halına müsbət təsir edir, narahatlığı aradan aparır.
- Hipertəzyiqi salan təsiri var. Quruluşunda olan omeqa 3 turşusu qan təzyiqini salır. Qan təzyiqinin düşməsilə yüksək təzyiqi də salır.
İlan yağı Cənub Afrika bölgəsindəki zəhərsiz ilanların yağlarının çıxarılmasıyla əldə edilir. Bu ilanlar ümumiyyətlə Afrikadakı səhra bölgəsində yaşayan zəhərsiz ilan növləridir. İlanlar zəhərli olarsa onların zəhəri insan bədəninə keçə bilər. Bu səbəblə yağ üçün zəhərsiz ilan növləri istifadə edilir. İlan növləri təbiətdən toplanaraq zəhər sınaqlarından keçirilir. Zəhərsiz ilanlar soyuq pres altına salınır və yağları təhlil edilir. Yağlar şüşə qablara qoyularaq sərin bir yerdə saxlanılır. Sonra isə ilan yağları istifadə üçün hazır olur.
scroll top