» » Xurma bəhməzinin faydaları

Xurma bəhməzinin faydaları



Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir. Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:
- Qanazlığa qarşı yaxşı təsir göstərir. Bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.
- Həzm sistemini rahatlaşdırır.
ucarliyiq.biz deyerler.org-a istinadən bildirir ki, bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.
- A vitamini ilə zəngindir. Zəngin A vitamini sayəsində ağciyər xərçəngi və ağız boşluğu xərçəngi kimi xərçəng növlərinə qarşı qorunmanı təmin edir.
- Tərkibindəki B-karoten, lutanın, zeaksantin kimi antioksidant maddələr sayəsində hüceyrələri zərərli təsirlərdən qoruyur. Bunun nəticəsində də bir çox xərçəng növlərinə qarşı qorumanı təmin edir.
- Mükəmməl bir dəmir qaynağıdır. Dəmir mineralı, qanın oksigen daşıma tutumunu təyin edir.
- Yaxşı bir kalium qaynağıdır. Kalium, ürək sürətini və qan təzyiqini tənzimləməyə köməkçi olan hüceyrə və bədən mayelərinin əhəmiyyətli bir komponentidir. Bu səbəblə iflic və ürək xəstəliklərinə qarşı qoruyur.
- Bəlğəmi təmizləyir, eyni zamanda öskürəyi kəsir. Bəlğəmi təmizləmək xüsusiyyəti ilə yanaşı boğaz ağrısı və boğazın iltihablanmasına qarşı yaxşı təsir edir. Bronxları rahatlaşdırır.
- K vitamini ehtiva edir. K vitamini sümüklər üçün əhəmiyyətlidir. K vitamininin yanında orta dərəcədə B qrupu vitaminləri də saxlayır.
scroll top