» » Kralın 500 min dollarına görə qovuldu - FOTO

Kralın 500 min dollarına görə qovuldu - FOTO

Qana Beynəlxalq Bankının (Ghana International Bank) baş icraçı direktoru Mark Artur maliyyə vəsaitləri ilə bağlı əməliyyatlarda qanun pozuntusuna yol verdiyinə görə işdən qovulub.
ucarliyiq.biz Daily Mail-ə istinadən bildirir ki, səbəb Mark Arturun Qana kralı 2-ci Osey Tutuya məxsus 500 min dolları Britaniyadakı iki bankın hesablarına köçürməyə çalışmasıdır.
Əməliyyatı ABŞ-ın Milli Təhlüykəsizlik Agentliyi (NSA) aşkarlayıb və bu barədə London Sitisinə məlumat verib.
Bəlli olub ki, Ghana International Bank-ın baş icraçı direpktoru Mark Artur kral 2-ci Osey Tutunun Henli-Temzadakı evinə çağırılıb. Orada kralın göstərişi ilə bankirə 200 min funt-sterlinq və 200 min dollar nağd pul verilib, həmin vəsaiti Britaniyadakı banklarda açılmış hesablara yatırmaq tapşırılıb.
Kralın evini tərk edən Mark Artur "Uber" taksisi vasitəsilə Hartfordşirdəki Nyu-Barnetə, kralın digər evinə yollanıb, orada hesabların nömrələrini alandan sonra pulu banklara yatırmağa çalışıb.


scroll top