» » NASA: Marsa qadın-mutantlar gedəcək! - ŞOK QƏRAR

NASA: Marsa qadın-mutantlar gedəcək! - ŞOK QƏRAR

Mars ekspedisiyalarının ekipaj üzvlərinin genində dəyişikliklər etmək təklifi Londonda keçirilən innovasiyalar sammitində (Codex innovation summit) səslənib.
ucarliyiq.biz bildirir ki, bu təkliflə NASA-nın əsas texnoloqu Teryer Duqlas çıxış edib. O qeyd edib ki, yollayacaqları astronavtların DNT-lərinin dəyişdirilməsində hədəf Mars səthində onları kosmik radiasiyadan qorumaqdır.
Kosmik radiasiya əslində həqiqətən də çox təhlükəlidir - ondan müdafiə sistemi yaradılmamış planetlərarası səyahətlərə yola düşmək olmaz. Belə qəti fikrə Kaliforniya Universitetinin (University of California, Irvine) alimləri gəliblər. Onlar aydınlaşdırıb ki, yüksək enerji ilə yüklənmiş hissəciklərin axınları astronavtların beyinlərinə ciddi zərər vurmağa və onları ağıldan məhrum etməyə qadirdir.
Yer kürəsində bizi maqnit sahəsi qoruyur. Planetimizin yaratdığı müdafiə bir qədər yerətrafı sahəyə də uzanır, amma Marsa gedən yolda - açıq kosmosda - şüa tam gücü ilə yırtıcılıq edir. Yüksək şüanın təsir modelini NASA-nın radiasiya laboratoriyasında (Nasa Space Radiation Laboratory at New York's Brookhaven National Laboratory) sınaqdan keçiriblər. Yüksək enerji ilə yüklənmiş hissəciklərlə siçovulları "bombardman" edərək, alimlər müşahidə ediblər ki, şüa əsəb qəfəslərini dağıdır, ağıl zəifliyi və yaddaşın itməsinə gətirib çıxarır.

scroll top