» » Riyaziyyatla bağlı çəkilmiş 10 ƏN YAXŞI FİLM

Riyaziyyatla bağlı çəkilmiş 10 ƏN YAXŞI FİLM

Riyaziyyatla bağlı çəkilmiş 10 ƏN YAXŞI FİLM
Riyaziyyata böyük həvəsiniz varsa, yaxud rəqəmlərlə aranız yaxşıdırsa, bu filmlərə baxmağınız şiddətlə tövsiyə edilir.
ucarliyiq.biz riyaziyyatla bağlı çəkilmiş ən yaxşı filmləri təqdim edir.
1. Can dostum (Good Will Hunting) 1997 - IMDb: 8,2
Robin Uilyamsın baş rolunu oynadığı çox təsirli filmlərdən biri olan "Can dostum" göz yaddaşı güclü olan kasıb bir gəncin universitet professoru ilə qurduğu dostluğu anladır. Universitetdə təmizlikçi kimi işləyən Vill "Nobel" mükafatlı professorların belə həll edə bilmədiyi riyazi məsələləri həll edərkən professor Makkurinin diqqətini çəkir. Robin Vilyamsa "ən yaxşı kişi aktyor" nominasiyasında "Oskar" qazandıran bu film 2 ən yaxşı xüsusi ssenari" nominasiyasında da "Oskar" mükafatı qazanıb.
2. Eynşteyn və Edinqton (Einstein and Eddington) 2008 - IMDb: 7.4
Birinci Dünya Müharibəsi dövründə insanların yaşadığı çətinliklər və bu çətinlikləri dəf etməyin yeni elm yaradacağını düşünən teorem çürüdən iki adamın - Albert Eynşteyn və Edinqtonun yaşadığı gerçəklərdən bəhs edən bioqrafik film.
3. Sonsuzluğun teoremi (The Man Who Knew Infinity) 2015 - IMDb: 7.2
Çox kasıb bir ailənin övladı olan Srinivasa Ramanujan ömrü boyu yoxsulluq içində böyüyüb və buna görə də təhsil ala bilməyib. Buna rəğmən, riyaziyyata çox böyük maraq göstərir və araşdırmalar aparır. Araşdırmalarını İngiltərənin Kembric Universitetinə göndərir və müəllim Hardi onu bu istedadından dolayı universitetə dəvət edir. Srinivasa çox sevdiyi ölkəsini və sevgilisini tərk edərək İngiltərəyə gedir və burada - yad mühitdə və Birinci Dünya Müharibəsinin təsiri altında yaşamağa çalışır.
4. Oksford cinayətləri (The Oxford Murders) 2008 - IMDb: 6,1
İngiltərə və İspaniyanın ortaq çəkdiyi bu film bir universitetdə baş verən cinayətlərdən və bu cinayətlərin üstünü açmağa çalışan professor və tələbənin həyatından bəhs edir. Qatil öz arxasında riyazi şifrələr qoyur, professorla tələbəsi isə bu şifrələri incə və detallı şəkildə açmağa çalışır.
5. Sadə rəqəmlərin yalnızlığı (La Solitudine dei Numeri Primi) 2010 - IMDb: 6,4
Riyaziyyatın insan təbiətindəki izlərini və sadə rəqəmlərin yalnızlığı kimi yalnız qalan insanları mövzu alan bu film uşaqlıq travmalarının kölgəsində qalan Alis və Mattinin həyatını heç vaxt yoldaşını tapa bilməyən sadə rəqəmlərlə müqayisədə verir.









scroll top